Şou-biznes

Pərvin Abıyeva sevgilisinin qəfil vəfat edən qardaşını belə andı - VİDEO

6 Mart 2020 13:12
1 Şərh     Baxış: 8 817
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Tanınmış aktrisa Pərvin Abıyeva sosial şəbəkə hesabında video paylaşıb.

Milli.Az big.az-a istinadla xəbər verir ki, aktrisa sevgilisi Muradın qəfil vəfat edən qardaşı Cavidanla bağlı paylaşım edib. Onun maşınında sonsuzluq işarəsinin üzərinə Cavidan adı qeyd olunmuş aksessuarı diqqətdən qaçmayıb. Aktrisa, həmçinin Cah Xalibin ifasında "Qardaşıma" mahnısını arxa fonda səsləndirib.

Qeyd edək ki, Abıyeva, "Miss Azerbaijan-2019" gözəllik yarışmasının qalibi Səmra Hüseynova, keçmiş aparıcı Seyran Əliyeva, Murad və Cavid Abdullayev qardaşları bayramı Ukraynanın paytaxtı Kiyev şəhərində yerləşən "CHI club Kiev"də keçirmişdilər.

Yeni il gecəsi başa çatdıqdan sonra Pərvin Abıyevanın sevgilisinin qardaşı Cavidan Abdullayev gözlənilməz şəkildə vəfat edib. Ekspertizanın rəyinə əsasən, C.Abdullayevin kəskin ürək çatışmazlığından və işemik insultdan öldüyü məlum olub.

Baş verən bu dəhşətli hadisədən sonra Pərvin şəxsi İnstaqram hesabını bağlamışdı.

Xatırladaq ki, Pərvin Abıyevanın sevgilisi Murad Abdullayev aktrisa ilə olan görüntülərinə görə işdən çıxarılıb.

Milli.Az

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.