"Sənin biznesmen, məmur dostların bir az çoxdur da. Onlardan bəziləri toyda genəlməyi xoşlayırlar. Toyda gərək elə stolda otursunlar ki, onları hamı görsün. Bir üç dəfə səhnədən deyəsən ki, filankəs buradadı. Elə bir şey olubmu ki, yanında bir xanım gedib, onlardan kimsə deyib ki, "Bunun nömrəsini ver mənə"? Demisən "Ayıbdır e, o, mənlə bura işə gəlib"?".
Milli.Az xəbər verir ki bu sualla Tarix Əliyev (Tolik) verilişdə Rəvan Qarayevə müraciət edib.
Müğənni aparıcının sözünü təsdiq edib:
"Olub, belə hadisə çox olub. Demişəm ki, "Mən heç onu tanımıram". Ən asan variant kimi isə "Mən özüm də onu birinci dəfə görürəm" və yaxud da ki, "Mənim onunla elə bir münasibətim yoxdur" demişəm".
Məhəmməd Vaqif
Milli.Az