Şou-biznes

İlhamə Quliyeva süfrəyə 120 şiş kabab sifariş etdi - Elgiz xatirələrini bölüşdü - VİDEO

2 Mart 2020 19:26
3 Şərh     Baxış: 5 567
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ARB TV-nin "Səhər-Səhər" verilişinin növbəti qonaqlarından biri Elgiz Əkbər olub.

Milli.Az bildirir ki, teleaparıcı Türkiyədə rəsmi tədbirlərdən birində xalq artisti İlhamə Quliyeva ilə birgə yaşanan maraqlı hadisəni efirdə bölüşüb:

"Türkiyədə keçirilən tədbirlərin birində İlhamə xanımla iştirak edirdik. Bizi, eləcə də digər ölkələrdən olan sənətçiləri yeməyə qonaq etdilər. İlhamə xanım restoranın baş aşpazını yanına çağırtdırdı. Ondan menyuda nə olduğunu soruşanda o kabab dedi. İlhamə xanım da aşpaza dedi ki, hər kababdan 3 şiş gətirin zəhmət olmasa. Bir də gördük ki, böyük qayığa oxşayan qablarda kabablar gəlir. Biz də öz-özümüzə deyirik ki, görəsən, bu -yeyib içən adamlar kimdi ki, süfrələrinə bu qədər kabab gedir.

Birdən həmin kababları gətirib bizim masaya qoyanda şoka düşdük. İlhamə xanım da nə baş verdiyini bilmədi. Sən demə, bu restoranda 46 möv kabab var imiş, hər növ kababdan 3 şiş gətirib bizim masaya düzdülər. İlhamə xanım da başladı yeməyə ki, "Elgiz ye, burda elə bir şey yoxdu"".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.