Şou-biznes

"Dado ilə 3 həftədir ayrılmışıq" - Natavan

1 Mart 2020 14:24
26 Şərh     Baxış: 12 598
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Müğənni Natavan Həbibi və reper əri Səid Əliyev (Dado) küsülüdür.

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu haqda Natavan "Zaurla Günaydın" verilişində deyib.

O bildirib ki, artıq 3 həftədir əri ilə danışmırlar:

"İndi onunla danışmırıq. Evdə olanda Zeydə o da baxır".

Ekranda Dadonun görüntüləri göstəriləndə isə Həbibi "Kimdir o? Tanımıram" deyərək, gülməyə başlayıb.

Aparıcı Günay Baxşəliyeva "Çox mədəni oğlandır. Küsülü olduğunuzu bilirdim. Bu gün onunla barış. Səninlə barışmaq istəyir" sözlərini söyləyib.

"Üç həftədir danışmırıq. 3 il keçib ailə həyatımızdan. Hələ də bizim evlənməyimizə inanmayanlar var. Niyə barışım onla? Səid, necəsən?" - Natavan cavab verib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.