Şou-biznes

"Korona gəlib, öpüşmək qəti olmaz" - Verilişdə heç kimlə görüşmədi

29 Fevral 2020 19:40
5 Şərh     Baxış: 3 686
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Xalq artisti Teymur Mustafayev son günlər dünyada hər kəsi təlaşa salan koronavirusdan qorunma üsulunu açıqlayıb.

Milli.Az Axşam.az-a istinadən xəbər verir ki, Teymur əmi "Gündən-günə" verilişində studiyaya girərkən aparıcı Əkbər Əlizadə və digər qonaqlarla görüşməyib. O bildirib ki, koronavirusa görə artıq heç kimlə öpüşüb görüşmür:

"Bu gün "maç-maç, quç-quç" yoxdur. Öpüşmək qəti olmaz. Görüşdük, vəssalam, qurtardı getdi".

Teymur əmi aşıq Telli Borçalının "Öpmürəm səni, əllə görüşüm" sözlərinə "O da yüngül. Əzizim işim yox, qızıldan dişim yox. Korona gəlir, Telli, sənlə işim yox" cavabını verib.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.