Şou-biznes

Xalq artistinin ölümü ilə bağlı ŞOK DETAL - Nəvəsinin toyundan sonra ... - FOTO

29 Fevral 2020 11:54
14 Şərh     Baxış: 9 234
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Səhər saatlarında dünyasını dəyişən Xalq artisti, Gənc Tamaşaçılar Teatrının aktyoru Ağaxan Salmanlı ilə bağlı tükürpədici detal ortaya çıxıb.

Milli.Az xəbər verir ki, bu gün səhər saatlarında dünyasını dəyişən 78 yaşlı Xalq artistinin dünən ilk nəvəsinin toyu olub. Ağaxan Salmanlı həmin toya sənət yoldaşlarını da dəvət edib. 

Toyda iştirak edən Xalq artisti Naibə Allahverdiyeva mərhum sənətkarın ölüm xəbərindən şoka düşdüyünü bildirib:

"Bu gün incəsənət dünyamıza ağır itki üz verdi. Sözün əsl mənasında əsl senetkar, Respublikanın Xalq artisti Ağaxan Salmanov dünyasını dəyişdi. Şokdayam, dünən nəvəsinin toyunda iştirak edirdim. Rəqs elədi bizimlə, güldü, danışdı. Amma elə bil baxışlarında bir qəribəlik var idi, sən demə vidalaşırdı bizimlə! Gecəni səhərə qədər yata bilməmişəm, ele bil nəsə hiss eləyirdim. Allah rəhmət eləsin!".

Mərhum xalq artistinin nəvəsinin dünən toyunda iştirak edən digər bir məşhur da Əməkdar artist Elnur Kərimov olub. Gənc aktyor da ölüm xəbərindən sarsıldığını qeyd edib:

"Bu xəbəri eşitmək mənim ən çox qorxduğum xəbər idi. Dünən ilk nəvəsinin toyunu aparmaq mənə yaxşı ki, nəsib olmuşdu. Heç olmasa təşəkkür edə bildim. Sonsuza qədər təsəkkür edəcəm. Boyük sənətkar və boyük ustad, məkanin cənnət olsun".

Təhməz Təkin
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.