Şou-biznes

Azərbaycan tanınmışların məhkum olmuş yaxınları - Arif Quliyev, Mətanət Əsədova… - SİYAHI

25 Fevral 2020 13:04
1 Şərh     Baxış: 4 772
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda bir çox tanınmış simalar var ki, onların övladlarının, digər yaxınlarının səhv addımları bu şəxsləri gündəmə gətirib, adlarının tez-tez mətbuat səhifələrində hallanmasına səbəb olub. Bəzi tanınmışların övladlarının cinayət məsuliyyətinə cəlb edilməsi, onların nüfuzuna ciddi zərbə vurub.

Milli.Az ölkə.az-a istinadən yazını təqdim edir:

Məşhur aktyor, Xalq artisti Arif Quliyevin oğlu Fərid Quliyev təxminən 12 il öncə qəsdən adam öldürmə maddəsi ilə məhkum olunaraq, 14 il müddətinə həbs cəzası alıb. 11 illik həbsxana həyatından sonra əfv olunan F.Quliyev uzun müddət vərəm xəstəliyindən əziyyət çəkib. Xəstəliyi ağır olduğundan onu xilas etmək mümkün olmayıb. Fərid Quliyev 2012-ci ilin yanvar ayında uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.

Tanınmış aktrisa, Xalq artisti Kübra Əliyevanın oğlu Rauf Məmmədov Cinayət Məcələsinin 181-ci (quldurluq) və 126-cı (qəsdən sağlamlığa xəsarət yetirmə) maddələri ilə ittiham olunub. O, Bakıda aptekə basqın etməkdə təqsirli bilinərək , 14 il müddətinə azadlıqdan məhrum edilib. Xatırladaq ki, aptekə daxil olan R.Məmmədov orada satıcı işləyən, Elmira Məmmədovaya baş nahiyəsindən yumruqla xəsarət yetirərək, kassa aparatından 505 manat pul oğurlayıb. O, narkotik istifadəçisi olduğunu və quldurluq əməlini də məhz narkotikə olan ehtiyacından törətdiyini bidirib.

Tanınmış müğənni Mətanət Əsədovanın bacısı Nurlana  Əsədovanın həyat yoldaşı Məhəmmədəli Muradovla birlikdə 2013-cü ilin sentyabr ayında Abşeron rayonu Xırdalan şəhərinin Heydər Əliyev prospektində yerləşən Arzu Öztürkə məxsus aptekə basqın etməkdə təqsirli biliniblər.

Onlar aptekdə satıcı işləyən Aynur Abdullayevanı və Sevinc Zeynalovanı hədələyərək  Arzu Öztürkə məxsus 950 manatı ələ keçiriblər.

Məhəmmədəli Muradov və  Nurlana Əsədova Cinayət Məcəlləsinin 181.2.1, 181.2.3 və 181.2.5-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, zor tətbiq etməklə, silah qismində istifadə etməklə quldurluq etmək) maddələri ilə ittiham ediliblər.

İstintaq dövründə Nurlana Əsədova Bakı istintaq Təcridxanasında intihar edib.

Xalq artisti Təranə Muradovanın bacısı Nailə Paşayeva isə dəfələrlə müxtəlif cinayətlərə görə həbs olunub. İlk dəfə 13 yaşında həbs olunan N.Paşayeva, 20 yaşında azadlığa çıxsa da, yenidən oğurluq səbəbi ilə tutulub. O, 2008-ci ilin 20 aprelində 6 il müddətində azadlıqdan məhrum etmə cəzası ilə yenidən cəzaçəkmə müəssisəsinə göndərilib. Sonuncu dəfə isə narkotik üstündə həbs olunaraq 4 il 6 ay müddətində azadlıqdan məhrum edilib. N.Paşayeva 2012-ci ildə qaraciyər serrozundan vəfat edib.

2005-cı ildə "Azəri-star" mahnı müsabiqəsinin iştirakçısı olan Emil Rəhmanov Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının aktyoru Rəhman Rəhmanovun oğludur.

Soyğunçuluqda günahlandırılan E.Rəhmanov 2008-ci ilin yanvarında saxlanılıb və barəsində Cinayət Məcəlləsinin soyğunçuluq (180. 2.2-ci ) maddəsi ilə cinayət işi başlanılıb. Aktyorun oğlu 6 il həbs cəzası alıb. Həmçinin Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə 3 min manat məbləğində cərimələnib.

Mərhum müğənni Vidadi Bərdəlinin oğlu, 26 yaşlı Tural Allahverdiyev 24 yaşlı Məkan Rüstəmovu 85 manat pula görə qətlə yetirib.

İstintaq zamanı bəlli olub ki, müğənninin oğlu Bərdə rayon Mənzil Kommunal İstismar Sahəsində işləyib və məişət tullantılarının toplanması ilə məşğul olurmuş. O, tullantılar arasından topladığı butulka və əlvan metalları M.Rüstəmova satırmış. Daha sonra M.Rüstəmovun T.Allahverdiyevə borcu yaranıb.

T.Allahverdiyevlə M.Rüstəmov arasındakı münaqişə də məhz həmin alverdən yaranmış 85 manat borc üstündə baş verib. Əvvəllər xuliqanlıq etdiyinə görə, məhkumluq həyatı yaşamış 26 yaşlı Tural bıçaqla M.Rüstəmova 3 zərbə endirərək onu öldürüb.

Ona Cinayət Məcəlləsinin 120.1(qəsdən adam öldürmə) maddəsi ilə ittiham verilib və 13 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, mərhum müğənni Vidadi Bərdəlinin oğlu qeyri-rəsmi nikahdan dünyaya gəlib.

Milli.Az

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.