Nazilə ilə Aynur efirdə dalaşdı: “Mənə borcun var” - VİDEO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
ARB TV-də yayımlanan "Ona qalsa" proqramında qalmaqal yaşanıb.
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, verilişin aparıcısı Nazilə Səfərlinin qonağı olan müğənni Aynur Dadaşovaya sual ünvanlaması onu özündən çıxarıb.
Bəstəkar Ruslan Səfəroğlunun musiqisinə söz yazan N.Səfərli həmin mahnını A.Dadaşovanın oxuduğunu, lakin şairənin pulunu ödəmədiyini bildirib:
"Həsrətinlə sevişirəm gecələr" adlı mahnımın pulunu niyə vermirsən? Söz satmıram. Aranjiman etdirib pul xərcləmişdim. Sənin mənə 1500 manat borcun var. Ruslan Səfəroğluna dedim ki, pulumu nə vaxt verəcəksiniz? Dedi ki, Aynur verəndə ödəyəcəm. Mənə lazım idi ki, mahnını bir məşhur ifaçı oxusun. O zaman indiki qədər məşhur deyildim. O adam gəlmədi, bəlkə də dinlətmədilər. Dedilər ki, mahnını 1500 manata Aynura satmışıq. Əlimlə verib, ayağımla axtarıram. Gör, mən nə gündəyəm. Ruslan bir mahnını mənə hədiyyə etmişdi, desə ki, pulu həmin bəstəyə görə vermirəm, susaram".
A.Dadaşova isə N.Səfərliyə qarşı aqressiv hərəkətlər nümayiş etdirib və bu sözləri deyib:
"Mahnının pulunu bəstəkara 5 il öncə vermişəm. Aranjimanı isə ödəmişdinizsə, mən niyə ödəyirdim? Sizə borcum ola bilməz. Məni tanıyanlar bilir ki, kimin problemi varsa, hamısını həll edirəm. Respublikada nə qədər bank varsa, hamısı ilə əməkdaşlıq edirəm. Dəqiq insanlara həmişə banklardan təkliflər olur. O qədər dəqiqəm ki, heç kim deyə bilməz Aynurun mənə 20 qəpik borcu var. Sizin söhbətiniz Ruslanladır. Siz niyə aranjimanın pulunu vermisiniz? Efirlərə çıxmamışdan öncə Ruslandan mahnını almışdım. Efirdə də bir-iki dəfə oxudum. Çünki mənim ifamda həzin mahnını sevmirlər. Keçən dəfə də mənə dediniz, sizə vəziyyəti başa saldım".
Daha sonra veriliş reklam fasiləsinə ayrılıb, amma aparıcı ilə müğənni arasındakı gərginlik daha da alovlanıb. Aynur Ruslanın efirə bağlanmasını tələb edib:
"Pulunuzu niyə məndən istəyirsiz? Milyonların qarşısında deyirsən, mənə borclusan. Heç kim bu sözü deyə bilməz. Siz Aynuru niyə hörmətsiz etməyə çalışırsız? Dünənin uşağı deyiləm, 30 ildir sənətdəyəm. 30 il hamının mahnısının pulu verildi, sizinki yox? Özü də dollarla ödədim mahnının pulunu. Mən burada Azərbaycan dilində danışıram, pulu vermişəm. Cinayət işidir sübut edəsiniz?".
Daha sonra Ruslan canlı yayıma zəng edib. Onlar arasında söz savaşı daha da böyüyüb.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Vüsalə Əlizadə qardaşının məzarında - "Qara daş məni sakitləşdirir" - (Video)
-
“Kızılcık Şerbeti”ndən rekord
-
Meyxanaçılar arasında dava: Balaəli meyxanaçıya butulka atdı - (Video)
-
Xalq artisti: "Burun əməliyyatı zamanı masada ölmüşəm" - (Video)
-
"Kurtlar Vadisi” ilə bağlı araşdırma başlandı
-
Demet Özdemir görünüşünü dəyişdirdi - (Foto)
XƏBƏR LENTİ
-
Vüsalə Əlizadə qardaşının məzarında - "Qara daş məni sakitləşdirir" - (Video)
-
“Kızılcık Şerbeti”ndən rekord
-
Ronaldu "Ən-Nəsr"dən gedir
-
Gəncə Dövlət Filarmoniyası Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalında silsilə konsertlərlə çıxış edəcək
-
DTX rəisi general-polkovnik Əli Nağıyev Qazaxıstana səfər edib
-
Bəhlul Mustafazadə yenidən əməliyyat olundu
-
Sabunçu və Xətaidə qaz kəsiləcək
-
ADMİU-nun I kurs tələbələrini aşağılayan şəxs barədə qərar verildi - Yenilənib
-
Gəlin toyda suyun içindən keçdi - (Video)
-
Qarabağda və Azərbaycanın digər bölgələrində Qafqaz Albaniyasının xristian irsinin izləri var - Hikmət Hacıyev
-
Xankəndi İncəsənət Məktəbi fəaliyyətə başlayacaq
-
Ölüm hədəsi ilə üzləşən qapıçı 6 qol buraxdı
-
Şəhərətrafı qatar reyslərinin sayı 100-ə çatdırılır
-
Seyyid Yəhya Bakuviyə həsr olunmuş konfransın iştirakçıları Şuşa şəhəri ilə tanış olublar - Yenilənib (Foto)
-
MEMİM bu il də “Sənət inciləri” layihəsi ilə Üzeyir Hacıbəyli festivalına töhfə verəcək
-
Tələbələr üçün gediş haqqı daha ucuz olacaq
-
Azərbaycanlı futbolçunu öldürən erməni Rusiyada həbs olundu - (Foto)
-
Prezident İlham Əliyevin “Qobustan” Günəş Elektrik Stansiyasının açılışından maraqlı görüntüləri - (Video)
-
Masazırda şagirdlər zirzəmidə dərs keçib? - Açıqlama - (Video)
-
ABŞ və husilər Omanda gizli görüş keçirdi - Detallar
-
Türkiyəli iş adamının olduğu təyyarə dağa çırpıldı
-
Azərbaycanda 70 qurum akkreditasiya edildi
-
Badamdarda yaşayış binasında partlayış: Xəsarət alan var
-
"Beşiktaş"da ciddi itki





