Şou-biznes

MTRŞ sədri Manafın sözlərinə görə ATV Prezidentinə irad bildirdi

21 Fevral 2020 20:34
3 Şərh     Baxış: 6 013
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Milli Televiziya və Radio Şurası (MTRŞ) ATV telekanalında yayımlanan "Ən yaxşısı" verilişində baş verənlərə münasibət bildirib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, MTRŞ-nin şöbə müdiri Təvəkkül Dadaşov bildirib ki, adıçəkilən verilişdə baş verənlərlə bağlı Şura sədri Nuşirəvan Məhərrəmli telekanalın rəhbəri ilə müzakirə aparıb. "Müzakirə zamanı Şura sədri verilişlərdə bu cür halların yolverilməzliyini telekanal rəhbərinin diqqətinə çatdırıb", - deyə T. Dadaşov vurğulayıb.
 
Xatırladaq ki, bir müddət əvvəl "Ən yaxşısı" verilişində müğənni Manaf Ağayev qadınlar haqda zorakılığa çağırış edən fikir səsləndirib.

Milli Televiziya və Radio Şurası (MTRŞ) ATV telekanalında yayımlanan "Ən yaxşısı" verilişində baş verənlərə münasibət bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.