Şou-biznes

Elçin qalmaqallı “Kelebek” statusunu niyə silib?

21 Fevral 2020 14:08
1 Şərh     Baxış: 1 737
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Altın Kelebek"də "Azərbaycanın ən parlaq ulduzu" nominasiyasına namizəd olan müğənni Elçin Cəfərov mükafat gecəsinin təşkilatçıları barədə yazdığı qalmaqallı fikirləri instaqram hesabından silib.

Milli.Az bildirir ki, qafqazinfo mövzu ilə bağlı sənətçi ilə əlaqə saxlayıb. Elçin açıqlamasında bildirib ki, təşkilatçılarla görüşündən sonra belə addım atıb.

"Xəzər TV-də təşkilatçılarla görüşüb danışdıq. Mübahisə nəyə lazımdır? Problem həll olundu", - deyə Cəfərov sözlərinə əlavə edib.

Qeyd edək ki, E. Cəfərov yazdığı statusda təşkilatçıların haqsız addım atdığını, İstanbula yalnız xanım namizədlərin aparıldığını, ilk gündən onlara xanımlardan birinin qalib olacağının deyildiyini bildirmişdi.

Milli.Az

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.