Şou-biznes

“Nə istəyirlər danışsınlar” - Abbasdan SƏRT SÖZLƏR - VİDEO - FOTO

20 Fevral 2020 14:52
0 Şərh     Baxış: 2 235
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ARB TV-nin "Show News" verilişində əməkdar artist Abbas Bağırov ona söz atanlara cavab verib.

Milli.Az bildirir ki, o qeyd edib ki, öz işi və fəaliyyəti ilə məşğuldur, kiminsə atmacalarına əhəmiyyət verməyə vaxtı və həvəsi yoxdur:

"Bəziləri atmaca atırlar, elə mənim özümə də atmaca atanlar var. Mən onlara əhəmiyyət vermirəm, mənə onlar maraqlı deyil. Kimsə mənim üzərimdən reklam olunmaq istəyirsə, buna nail olmayacaq. Nə istəyirlər danışsınlar. Məni sevən insanlar bilir ki, hər zaman ailəmə bağlı insanam, öz işimlə məşğul olub, heç kimə əhəmiyyət vermirəm. Beynimi lazımsız məlumatlarla doldurmuram.

Vaxtilə ola bilər ki, kimləsə savaşım, kimlərləsə söz-söhbət edim, amma indi anlayıram ki, belə şeylər etmək olmaz, belə şeylərə görə vaxt itirməyə dəyməz".

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.