Şou-biznes

Murad Brilliant-Faiq savaşına belə reaksiya verdi

20 Fevral 2020 12:29
1 Şərh     Baxış: 3 524
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bəstəkar-müğənni Murad Arif Xalq artisti Faiq Ağayevlə qalmaqala səbəb olan söhbətinin görüntülərinin sosial şəbəkədən silib. Belə ki, sənətçi bu addımı Xalq artisti Brilliant Dadaşovanın Faiq Ağayevin ünvanına yazdığı ağır ittihamlar mətbuatda geniş işıqlandırıldıqdan sonra atmaq məcburiyyətində qalıb.

Milli.Az bildirir ki, qafqazinfo mövzu ilə bağlı Murad Ariflə əlaqə saxlayıb.

O, açıqlamasında bildirib ki, postu silmə səbəbi şəxsi instaqram hesabını mübarizə meydanına çevirməmək istəyi ilə bağlıdır:

"Sözügedən görüntüləri iki dəyərli sənətçinin heyranları arasında söz atışmasına meydan olmamaq üçün öz qərarımla sildim. Ajiotaj, olay yaratmaq bizim hədəfimizdir, janrın qaydasıdır təbii. Lakin bəzən hadisələr etik normadan çıxanda mən sıxılıram. Hər ikisinə inanılmaz hörmətim var, eyni zamanda da heç kəsin dostu deyiləm. Ümidvaram, videoları sildiyim üçün heç biri inciməyəcək".

Qeyd edək ki, M. Arif "Popumuz var" Yutub layihəsində F. Ağayevi dürüst və doğru yol göstərən biri kimi təqdim etmiş, bu isə B. Dadaşovada qıcıq yaratmışdı. Xanım müğənni küsülü həmkarının ünvanına ağır sözlər yazmışdı.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.