Şou-biznes

Şəbnəm Tovuzlunun arxiv VİDEOosu yayılıb

17 Fevral 2020 10:14
13 Şərh     Baxış: 5 388
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Müğənni Şəbnəm Tovuzlunun paylaşımı maraq doğurub.

Milli.Az ölkə.az-a istinadən bildirir ki, o, arxiv videosunu "İnstagram" səhifəsində pərəstişkarları ilə bölüşüb. Hələ uşaq yaşından el şənliklərində iştirak edən ifaçı, 1998-ci ildə lentə alınmış vedosunu belə şərh edib:

"13 yaşım. Ən gözəl vaxtlarım. Bayram çəkilişindən. Bunu mənə bu gün göndəriblər. Baxdım və sizlərlə də bölüşmək istədim. Kaş hamının keçmişi belə olardı. Amma bu gün paylaşılan "Ana" mahnısı videomdan xəbərim yox idi. Gördüm və sadəcə gülümsədim. Onu da deyim ki, indi paylaşdığım mahnı o vaxtın ən sevilən mahnılarından idi".

Video izləyicilər tərəfindən çox bəyənilib. Onlar Tovuzlunun ünvanına xoş sözlər yazıblar.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.