Şou-biznes

"Cadu etmişdilər, həkimlər dərdimə əlac tapa bilmirdilər"

11 Fevral 2020 16:05
6 Şərh     Baxış: 3 666
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Müğənni Ayan Babakişiyeva cadu ilə bağlı açıqlaması ilə diqqət çəkib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, sənətçi "Hər şey daxil" verilişində ona cadu edildiyini deyib. Ayan bildirib ki, buna görə 3 ay yataq xəstəsi olub:

"9 il əvvəl 3 ay yataqda yatdım. Həkimlər dərdimə əlac tapa bilmirdilər. Bütün analizlər sağlam çıxırdı. Bir dostum dedi ki, buna nəsə ediblər. Getdik Allahın evinə, dualar oxudular. Elə bil ağzımdan ruh çıxırdı. Ondan sonra yavaş-yavaş sağalmağa başladım".

Ayan daha sonra özü də cadu etdirdiyini söyləyib. O, prodüser Tarix Əliyevin suallarını cavablandıraraq "Cadu etdirmişəm. Öz işlərimi açdırmaq üçün ağ magiya etdirmişəm" sözlərini deyib.

Milli.Az

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.