
2. Xalq artisti Aygün Kazımovanın sevimli iti - "Princessa". Xüsusi qarderobu, aksesuarları olan və televiziyada tez-tez müğənninin qucağında görünən "Princessa" bu dəfə kompüter arxasındadır.

3. Bu da Emma Ələkbərzadənin portreti. Müğənni rəsm əsərini belə şərh edib: "Səhər hədiyyə almaq elə xoşdur ki!!! Dostum, istedadlı rəssam Vüqar Əli mənə belə gözəl bir hədiyyə edib. Vüqar, çox sağ ol! Mənə həqiqətən çox xoşdur. Qoy sənin sənətin bütün dünyaya səs salsın!!!"

4. Öncəgörücü Zirəddin Rzayevin Moskvada keçirdiyi təmtəraqlı ad günündən olan görüntü. Zirəddin və təşkilatçı Sərxan Kərəmoğlu milli havalarımızdan birinə rəqs edirlər.

5. Teleaparıcı İlkin Həsəni yeni çəkiliş məkanlarının axtarışında kərpic zavodunadək gedib çıxıb. İlkinin bu "kəşfi" ötən həftə Twitter sosial şəbəkəsində ən çox baxılan şəkil olub.

6. Bu isə ötən həftələrin birində 1 yaşını qeyd edən İradə İbrahimovanın qızı İpəkdir. Müğənninin bacısı, stilist Nigar İbrahimova şəkli "Həyatımızın rəngi İpəkdir" adı altında paylaşıb.

7. Tanınmış cazmen Şahin Növrəslinin oğlu Mirsəməd. Daim atasını təqlid edən "balaca cazmen" bu istəyini fotosessiyada əks etdirib.

8. "Yaradıcı bacı-qardaş" - Azəri qızı Günel və bəstəkar-müğənni Tunar isə studiyada yeni mahnıları üzərində çalışırlar.

9. Caz ifaçısı Ülviyyə Rəhimova növbəti fotosessiya zamanı. Ülviyyə "Cazda yalnız qızlardır" fotolayihəsində müğənni Dafnanın rolunu canlandırır.

10. Müğənnilər Natavan Həbibi, Elnur, Azad Şabanov, repçi Elşad Xose və rəqqasə Oksana "Leyli və Məcnun" müziklinin məşqindədirlər.

11. "Eurovision" mahnı müsabiqəsinin ulduzları Aysel Teymurzadə və Azad Şabanov gürcü vokalçı Mziya Qambaşidze ilə birgə. Qeyd edək ki, Mziya Qambaşidze bir çox müğənnilərimizin vokal müəllimidir.

12. Ötən həftə paytaxtımızın qonaqları olan məşhur türk aktyorları isə artıq sosial şəbəkələrdəki rəsmi fan səhifələrində Bakıdakı şəkillərini paylaşıblar. Şoumen Bəyaz bu xoş anları bir şəkildə əks etdirib.

13. Əməkdar artist Tünzalə Ağayeva Kiprdə keçirilən konsertdən sonra "Eurovision 2010" təmsilçimiz Safura Əlizadə ilə birlikdə şam yeməyi zamanı.

14. Qalmaqallı prodüserlərdən Təranə Səmədova müğənni Günel Ələkbərova ilə birlikdədir. Prodüser şəkli: "O, mənim balamdır. Hələ necə gözəl mahnılar oxuyacaq! İnşallah!", - deyə izah edib.

Aytac
Milli.Az