Şou-biznes

"Radio və televiziyanı səviyyəsizlərdən təmizləmək lazımdır" - Faiq Ağayev

7 Fevral 2020 20:34
9 Şərh     Baxış: 3 585
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Dəyərlər dəyişdi. Yaxşı mahnı təhvil verib, gündəmsiz qalmaq olur. Amma heç 3-5 il mahnı buraxma, buna-ona cırmaq at, onun ailəsini müzakirə et, başqasının ailəsini dağıt. Bununla gündəmdə qalmaq olur".

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Xalq artisti Faiq Ağayev "Show news" verilişində deyib. Müğənni şou-biznesdə hazırda haşananlardan narazı olduğunu bildirib:

"Bu gün və indi ilə yaşamaq düzgün deyil. 5-10 il sonra ilə yaşayıram ki, hansı mahnım dilə gələcək, nə deyəcəklər. Bizdə keyfiyyət vacib idi, indi kəmiyyət: kim nə qədər göründü. 

Radionu və televiziyanı səviyyəsiz mahnılardan təmizləmək lazımdır. Əgər müğənninin görünüşü yaxşıdırsa, danışığı zaydırsa, onu danışdırmayın. Ancaq oxumağa çağırın. Özü də biabır olur, tamaşaçı da irad bildirir. Bu da yaxşı hal deyil.

Rejissor Türkiyədən də, gürcüstandan da, Ukraynadan da ola bilər. İş öncədən danışmaq deyil, tamaşaçıdan rəy almaqdır".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.