Şou-biznes

Naz Mila hamamdan VİDEO paylaşdı

5 Fevral 2020 19:14
24 Şərh     Baxış: 18 853
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyədə illər öncə yayımlanan "Zühal Topalla İzdivac" evlilik verilişində iştirak edən azərbaycanlı gəlin namizəd Naz Mila hamamdan video paylaşaraq gündəmə gəlib.

Milli.Az Oxu.az-a istinadən xəbər verir ki, sosial media hesabında izləyicilərlə ünsiyyət qurmaq üçün canlı efir açan Naz onları fərqli məkandan - hamamdan salamlayıb.

"Vannada oturub, sinəsini dəsmanla örtən Mila üzərinə davamlı şəkildə su çiləyərək, izləyicilərin ona ünvanladığı sualları cavablandırıb.

Qalmaqallı çıxışları ilə yadda qalan Naz hamamdan canlı efir açdığına görə sosial şəbəkə istifadəçilərinin qınağına tuş gəlib. Buna rəğmən, Mila onların bəzən tənqidi, bəzən də təhqir dolu mesajlarını qulaqardına vuraraq, "Instagram" hesabında açdığı canlı efirini davam etdirib.

Qeyd edək ki, keçən ilin iyun ayında Gürkan adlı bəyə ərə gedən Naz bir neçə həftə sonra ondan ayrılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.