Şou-biznes

“Ana kimi çox fikir edirəm”

22 Yanvar 2020 10:28
1 Şərh     Baxış: 3 230
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İşimin çoxluğundan övladlarıma kifayət qədər diqqət yetirə bilmirəm. Bir ana kimi bundan daxilən əsəbim və həyəcanım olur ki, mən uşağımın təhsili, gəzintisi, əyləncəsi ilə məşğul ola bilmirəm.

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu sözləri "Mtv Azərbaycan"a müsahibəsində Xalq artisti Gülyanaq Məmmədova deyib. Sənətçi övladlarına zaman ayıra bilməməsindən gileylənib:

"Ana kimi çox fikir edirəm. Bircə arzum odur ki, gələcəkdə övladlarım ağıllı-kamallı bir sahəyə yiyələnsinlər. Hər bir ana bunu istəyir. Ailəyə bağlı olduğum üçün elə yaradıcılıq işlərim var ki, onları da təxirə salmalı oluram. Zaman yetmir. Qəlbimdə o qədər yaradıcılıq fikirləri var ki... Bunun üçün həm zaman, həm maddiyyat, həm də insanın sağlamlığı lazımdır".

Müğənni, tələbələri ilə ərsəyə gətirəcəyi ilk konsertinin həyəcanından da danışıb:

"Fevralın 18-də Heydər Əliyev Sarayında 3 müəllim, Qəzənfər Abbasov, Nuriyyə Hüseynova və mənim tələbələrimizlə birlikdə konsertimiz olacaq. Bir müəllim kimi çox şadam. Çünki müəllimlik çox şərəfli peşədir. Bu işin öhdəsindən gəlmək özü bir məsuliyyət tələb edir. Müəllim özü də tələbəni yetişdirərkən yeni şeylər öyrənir. Tələbələrimə də həmişə tövsiyyəm budur ki, hamıya qulaq asın, hamıdan bəhrələnin".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.