Müğənni Aysel Əlizadənin ayaq dekolteli libası sosial mediada müzakirə mövzusu olub.
Milli.Az axşam.az-a istinadən bildirir ki, onun geyimi qədər ayaqqabısı da diqqət çəkib. Maraq cəlb edən digər məqam isə ifaçının paylaşımına qeyd etdiyi şərhlər olub.
Belə ki, A.Əlizadə "Məni müzakirə edəndə bundan ləzzət alıram. Haqqımdakı dedi-qoduların fanatıyam. Qara piar möhtəşəmdir. Qısqanclıq mövzusu olmaq, yazıq görünməkdən daha yaxşıdır. Zamanınızı mənə həsr edirsiniz" deyə, rus dilində sözlər yazıb.
Milli.Az