Şou-biznes

Aynişan nişanlısından və toyundan danışdı

7 Yanvar 2020 23:52
4 Şərh     Baxış: 7 437
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Əməkdar artist Aybəniz Haşımovanın qızı Aynişan Quliyeva sosial şəbəkədə toyu və nişanlısı Kənanla bağlı izləyicilərinin suallarını cavablandırıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, Aynişan Kənanla tanışlığından bəhs edib. O bildirib ki, nişanlısı ilə 3 il əvvəl tanış olsa da, ötən ildən münasibətə başlayıblar. Aynişan aralarında 6 gün fərq olduğunu vurğulayıb.

Qısqanclıqla bağlı suallara isə "İlk başlarda hə, indi halım olandan-olana qısqanmağa vaxt tapıram" cavabını verib.

Artıq toy hazırlıqlarına başlayan cütlük qonaq siyahısını da hazırlayıb. O bildirib ki, həm qız, həm oğlan toyu edəcəklər. Hər iki məclis üçün də Aynişan libas hazırladığını açıqlayıb.

Qeyd edək ki, cütlüyün toyu fevralda olacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.