Şou-biznes

Aqilin acığına bir araya gəldilər - FOTO

7 Yanvar 2020 14:59
0 Şərh     Baxış: 2 593
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Aktyorlar Elcan Rəsulov və Kəmalə Piriyeva bir müddət əvvəl rejissorluğunu Aqil M.Quliyevin etdiyi "Ər və arvad" serialından qalmaqallı şəkildə ayrılıblar.

Milli.Az axşam.az-a istinadən bildirir ki, rejissor aktyorları, aktyorlar isə açıqlamasında rejissoru qeyri-peşəkarlıqda günahlandırıb.

Elcan və Kəmalə yenidən bir araya gələrək, "Ər və arvad"a rəqib olmaq qərarına gəliblər. Belə ki, onlar "1 kişi, 1 qadın" adlı ekran işində rol alacaqlar. Hazırda serialın tanıtım çarxları yayımlanıb. Elcan ekran işinin yaxın günlərdə ATV-də efirə gedəcəyini vurğulayıblar.

Qeyd edək ki, Elcan "Ər və arvad"dan getməsi ilə bağlı "Hardansa getmişəmsə, bilin oradakılar işləmir. Özlərini hər şey etmiş hesab edirlər və yorulublar. İstəmərəm bizim üzümüzdən tamaşaçı yorulsun, baxdığı nəyisə yenidən izləsin. Kəmalə də əcəb edib gedib. Estetik baxımdan yaxşı deyil. Ər və arvad təqdim edilib, digərləri gələndə yaxşı alınmır" açıqlamasını vermişdi.

Aqil M.Quliyev isə "Ər-arvad" dəyişib. İki nəfər yox, daha çox adam olacaq" sözlərini söyləmişdi.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.