Şou-biznes

Elza 6 ildən sonra dünyaya gələn nəvəsinə görün kimin adını verdi - FOTO

27 Dekabr 2019 14:37
19 Şərh     Baxış: 24 641
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Əməkdar artist Elza Seyidcahan "Şou ATV"də oğlu Əkbərin 6 ildən sonra dünyaya gələn övladından danışıb.

Milli.Az xəbər verir ki, xanım sənətçi nəvəsinə Akif adı verdiyini bildirib. Səbəb isə bu adın onun qudasının (Əkbərin qayınatası) ismi olmasıdır:

"Kişiyə yaraşan addır. Mənim qudam var, babası Akif müəllim var, onun adını qoydum. Bir xanım var dünən mənə dedi "A, qudanın adını qoydun? Mənim qudam yoldaşımın adını nəvəsinə qoymadı". Mənim qudamın oğlu olmadı, 3 qızı var. O qədər gözəl atadır, o qədər gözəl babadır ki, Allah ona baba olmağı nəsib etdi. İlk nəvəsidir. Dedim "Xahiş edirəm, mən istəyirəm uşağın adı Akif olsun". Elə də oldu".

Qeyd edək ki, E.Seyidcahanın oğlu Əkbər 2014-cü ilin aprelində Xəyalə adlı xanımla ailə qurub. Onların övladı olmurdu.

Məhəmməd Vaqif
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.