Şou-biznes

Röya Xalq artisti adı almasından danışdı - "Bu ad mənim deyil, sizindir"

21 Oktyabr 2019 17:44
63 Şərh     Baxış: 9 906
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyev Azərbaycan Respublikasının estrada ifaçılarına "Xalq artisti" fəxri adının verilməsi haqqında sərəncam imzalayıb.

Milli.Az Primetime.az-a istinadən xəbər verir ki, ad alanlar sırasında Əməkdar artisti Röya Ayxan da olub. Sənətçi əməkdaşımız ilə danışaraq fəxri ad alması ilə bağlı sevincini dilə gətirib:

"Mən məni bu illər ərzində səhvim və düzüm ilə dəstəkləyən bütün dostlarım, media dostlarım, yanımda çalışan dostlarım və eyni zamanda da məni mən edən hər bir kəs, mahnılarım ilə ağlayan, gülən, sevinən hər bir kəsə təşəkkür edirəm. Çünki, bu ad mənim deyil, sizindir. Bu ad mənə bu sevgiyə görə verilib. Mən dövlət başçımıza təşəkkür edirəm. Eyni zaman da Mehriban xanıma da təşəkkür edirəm. Mənim ailəmi sevindirdiklərinə görə bir daha təşəkkür edirəm. Mənim ilə bir yerdə bu ada layiq görülən sənət dostlarımı da təbrik edirəm. Hamınızın gözü aydın. Allah heç kimin əziyyətini yerdə qoymasın".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.