Şou-biznes

Rasim Balayevin ayaqları tutulub

25 Sentyabr 2019 17:24
11 Şərh     Baxış: 2 573
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xalq artisti Rasim Balayevin səhhəti pisləşib.

Milli.Az xəbər verir ki, bu barədə sənətçinin özü Publika.az-a məlumat verib.

"Rasim bəy, özünüzü necə hiss edirsiniz" sualını aktyor belə cavablandırıb:

"Belə də, qocafəndi, yaş öz sözünü deyir. Yeriyə bilmirəm, ayaqlarım tutulub, bel və ayaq ağrıları məni incidir. Ayağımda şiş var, su yığılıb".

Rasim Balayev bildirib ki, Gömrük Hospitalında fizioterapiya müalicəsinə başlayıb.

Məlumat üçün bildirək ki, Xalq artisti keçən il bel yırtığı diaqnozu ilə müalicə üçün Türkiyəyə getmişdi.

Xatırladaq ki, aktyor verdiyi müsahibələrinin birində "Babək" filminin çəkilişləri zamanı bir neçə dəfə atdan yıxıldığını və fəsadlarının indi üzə çıxdığını demişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.