Şou-biznes

“Uşağımın babası tanınmış məmurdur, adını desəm...” - Türkiyədə yaşayan Seva - FOTO

22 Sentyabr 2019 12:58
15 Şərh     Baxış: 14 182

Milli.Az bildirir ki, Türkiyədə fəaliyyət göstərən azərbaycanlı müğənni Seva "Yeni Müsavat" qəzetinin redaksiyasında qonaq olub.

İfaçı ilə qardaş ölkədəki fəaliyyətindən, şəxsi həyatından və qadın-kişi münasibətləri barədə danışdıq:

- Türkiyədə son olaraq "Çek, çek" mahnınıza çəkilən klipi təqdim etdiniz. Klipi bəyənənlər qədər bəyənməyənlər də çox oldu. Klipin altında mahnının çox sadə olduğu, yalnız kiməsə söz atmaq məqsədi ilə yazıldığı bildirildi. Tənqidlərə münasibətiniz necədir?

-Tənqidlərə açığam. Sağlam tənqiddən dərs çıxarıram. Mahnının sözlərini sadə adlandıranlara demək istəyirəm ki, indi belə dəbdir. Türkiyədə atmacalı mahnılar sevilir. Onlar trip atmaq deyir. Qısqananlar çatlasın, öl, sürün kimi sözlər mahnılarda çox istifadə olunur. Mənim mahnım da "trip"li mahnılar sırasına qoşuldu. Adama yalançı, fırıldaqçı dedim. İndiki kişilər bu sözlərə layiqdir. 

- Hazırda sevdiyiniz şəxs varmı?

- Hazırda yoxdur. Özümü işimə həsr etmişəm. Türkiyədə evlənmə təklif edənlər çox olur. Onlar bizim qadınları çox bəyənirlər. Amma mənim istədiyim kimi biri qarşıma çıxmayıb. Mənim sevəcəyim şəxs ciddi olacaq, əylənməyi biləcək, sərbəslik verəcək. Kişi kimi kişi olacaq. Həm sahiblənəcək, həm də azadlıq verəcək. İşimə görə məni sıxmayacaq.

- Türkiyədə kişilər etiraf edirlər ki, azərbaycanlı qadınlar öz qadınlarından daha cana yaxın və diqqətcildir. Ona görə də azərbaycanlı qadınlarla evlənməyə üstünlük verirlər.

- Biz daha səmimiyik. Kişinin əlini yuyuruq, qulluğunda dururuq. Az qalırıq yeməyi də ağzına qoyaq ki, əziyyət çəkməsin. Onlarda isə qadınlar deyir ki, öz işinizi özünüz görün. Bizim qadınlarımızdan da, kişilərimizdən də yoxdur.

- Bildiyim qədəri ilə övladınızın atası tanınmış məmurun oğludur. Onun kimliyini niyə açıqlamırsınız?

- O münasibətin üstüdən uzun müddət keçib. Ayrılmışıq. Həmin məmurun adını açıqlaya bilmərəm,etik çıxmaz. 

- Seva üçün ayrılıq səbəbi nə ola bilər?

- Mən əqrəb bürcüyəm, hisslərim çox güclüdür. Aldadılmağa dözə bilmirəm. Sevdiyim şəxs gəlib desə ki, ayrılmaq istəyirəm, sakitcə çıxıb gedərəm. Bəlkə də, acı çəkərəm, amma onu bir daha narahat etmərəm. Təki aldadılmayım, mənə yalan deməsin. 

- Xəyanət edənlərə cavabınız nə olur?

- Xəyanəti dəhşətli bir hal kimi qəbul etmirəm. Kişilər sərbəst olmalıdır. Kişini sıxıb, boş buraxan kimi qaçır. Mən güclü qadınam, kişinin sevməyini də, tərk etməyini də, xəyanətini də başa düşürəm. Bu həyatda çox qadın aldadılıb. Mənim üçün xəyanət adiləşib. Mənə ilk dəfə xəyanət ediləndə elə bilirdim öləcəyəm. Amma indi düşünürəm ki, qadın xəyanəti bağışlamalıdır, ailəsini dağıtmamalıdır. Ailədə sevgi varsa, kişinin başqa qadınla yazışması, bir gecə keçirməsi normal qarşılanmalıdır. Kişi insan deyil? Gedib gəzsin də. Mənə sevirəm desin, bahalı hədiyyələr alsın, sonra gəzsin.

- Evli kişi ilə münasibət qurarsınız?

- Bir kişinin ikinci həyat yoldaşı olaram. Təki mənə qarşı alicənab olsun. Ərəbistanda bir kişinin 4 arvadı olur. Burada nə var ki? Bir kişinin üçüncü arvadı ola bilərəm.

- Şou əhli ilə hazırda daha yaxınsınız. Onları özünüzə dost bilirsiniz?

- Bəzilərini dost bilirəm. Mənim yaxınım olan insanlar var, bir də 2 dostum var. Bir dəfə rəfiqəmə zəng etdim ki, birlikdə həkimə gedək, amma işinin olduğunu dedi. Mən onu bir dəfəlik sildim.

- "Yemin" serialında azərbaycanlı aktrisa Yağmur Şahbazova da rol alır. Amma aparıcı Elgiz Əkbər status yazmışdı ki, bizim sənətçilərə Türkiyədə dəyər verilmir. Onları süpürgəçi, xadimə obrazına çəkərək alçaldırlar.

- Türkiyədə özümə qarşı mənfi hərəkət görməmişəm. Mənə ancaq sevgi göstəriblər. Hər mühitdə, ölkədə, cəmiyyətdə pis insan var. Biz onlardan öndəyik, çünki daha səmimiyik, qonaqpərvərik. 

Milli.Az

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

15 Şərh:

  • Anonim
    vbngdfghhhf · 22 Sentyabr 13:07432

    goresen bele insanlar geleceylerin dusumuler axirda nece pis veziyete dusecekler pul olsun

    Cavab yaz
    • Anonim
      K.k · 22 Sentyabr 18:1270

      Bu hansi Sevadir? Sevinc Ağasirinova? Fondaki sekilde ona oxsatdim. Eger odursa bes butun gunu yazilir ki 2- ci defe aile quran ne bilim ne... Yox eger o deyilse uzrlu sayin. P.S. Siz doğrudan da memur gelini ola - olada bele geyinirdiz ya bosanandan sonra stilinizi deyismisiz?

      Cavab yaz
      • Anonim
        "Bəxt üzüyü" k/f-dən · 22 Sentyabr 19:10180

        8-ci sinifdən. A ştooo?

        Cavab yaz
        • Anonim
          king · 23 Sentyabr 11:2210

          bu sozu ancaq () biri deye biler

          Cavab yaz
  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 22 Sentyabr 13:21374

    cevablari 1 qara qepiye deymez.. kişi dediyin adamin kenarda 3-4 u ile elaqesi olmamalidir.Nece qebul etmek olar getsin basqalarinin yaninda olsun sonra da heyat yoldasinin onu qebul etmekkk özü ele hemen kisinin tayi omak demekdi.

    Cavab yaz
  • Anonim
    Roya · 22 Sentyabr 13:33393

    Heç beyenmedim fikrlerini.O qeder pul xetrine,sevgisiz evli kişilerle münasibet qururlar ki, aile haqqında bele saçma düşünceleri olur.

    Cavab yaz
  • Anonim
    Sevda R. · 22 Sentyabr 14:01442

    Bunlarçun heç bir fərqi yoxdu.Təki pullu kişi olsun.Düşündükləri yalnız puldu.

    Cavab yaz
  • Anonim
    Thanks · 22 Sentyabr 14:32132

    Allah sene bir qiz ovladi versin.gorum onunda ikinci ,ucunce xanim olmaqina razi olacaqsanmi.

    Cavab yaz
  • Anonim
    Aki 2 · 22 Sentyabr 14:48221

    İndiki kişiler deyende ,atavı, emivi dayıvı unutmaa ay men deyenn

    Cavab yaz
  • Anonim
    $$$Yeraz · 22 Sentyabr 15:06181

    Bunun da konlunnen heci kecir

    Cavab yaz
  • Anonim
    5555 · 22 Sentyabr 15:21232

    Bunlar üçün ailə önəmli deyil. Əsas puldu. Görüm kasıb kişinin də üçüncü arvadı olmağa razı olarsanmı?

    Cavab yaz
    • Anonim
      Durdane · 22 Sentyabr 16:0532

      seva duz deyir vallah Turkiyede bizim Azeri qizlarmizcun olurler men gorurem .bizim xanimlar ozlerne cox baxir baximlidirlar ama onlarin qadinlari baxmir ozlerne

      Cavab yaz
  • Anonim
    asi · 22 Sentyabr 15:54342

    Bir ailə vardı.Ata yox idi.Iki bacı ana idilər..Ana öldü, bacının biri bir kişiyə getdi..Biri isə hələ məktəb vaxtından yüngül həyat keçirən idi..Ərazinin oğlanlarının hamısı ilə əlaqəsi vardı..Heç kim onu evinə qəbul etmirdi, qonşular əlaqə qurmurdu..Həyat tərzi pis idi..Necə oldusa, bu bir dəfə varlı bir türk iş adamı ilə tanış oldu..Adamın Azərbaycanda işi var idi..Adam Türkiyədə ailəli idi..Amma gəlib Azərbaycanda da bu qızla ailə qurdu..Qıza ev aldı, maşın aldı..Qızın həyatı 180 dərəcə dəyişdi..Əvvəl heç kimin yaxına qoymadığı qız oldu zəngin bir kişinin arvadı..Bizim kişilər sahibsizliyindən istifadə edib əxlaqsızlığa sürüklədiyi qızı türk kişi özünə ikinci arvad alıb doğru həyat tərzinə qaytardı..Həmin qız sonra qohum əqrəbasının stolunun başında yer aldı..Bura dəxli var ya yox bilmirəm, yadıma düşdü yazdım..

    Cavab yaz
    • Anonim
      Asi xanima · 22 Sentyabr 16:3553

      Hemen o qizin adi Vusale deyildi ki?

      Cavab yaz
  • Anonim
    f · 23 Sentyabr 10:0950

    kiwi xeyanet etmez.kiwinin bir qadini olar

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.