Oksana: “Onun evli olmağını yeni öyrənmişəm”
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Hamilə olandan deyirdim ki, oğlumun 1 yaşını qeyd etməyəcəm. İstərdim ki, təntənə ilə kiçik toyunu keçirdim.
Milli.Az bildirir ki, bu sözləri axşam.az-ın suallarını cavablandıran rəqqasə və aktrisa Oksana Rəsulova söyləyib.
O, oğlunun bir yaşını qeyd etməməsini belə əsaslandırıb:
"İlk gündən çalışdım ki, hər şeyi gizlədim. Fotolar da bölüşmürəm. Gözdən, nəfsdən qorxuram. Amma övladımı Allaha təvəkkül edirəm. Uşaq ağ vərəqdir. Onun üzərinə enerji tez hopur. Dünyada və ölkəmizdə bir çox məşhurlar övladlarını 3-5 yaşlarında göstərib. Zaur Baxşəliyev qızının üzünü 5 yaşında göstərdi, Hüsniyə Məhərrəmovanın övladlarını heç kim görməyib. Ümumiyyətlə, onun evli olmağını belə yeni öyrənmişəm. Onlar ağıllı insanlardır, bəzi şeylər var ki, onu yalnız valideynlər hiss edir".
Oksana "Təklif gəlsə, övladınızın fotosunu pul qarşılığında mediaya təqdim edərsiniz" sualını da cavablandırıb:
"Belə bir təklif gəlməyib. Tanınmışların uşaqlarını hamı görmək istəyir. Niyə də bundan faydalanmasınlar? Bu təklifi övladımın üç yaşından sonra qəbul edərdim".
Rəqqasə ötən günlərdə yazdığı "Qadınlar, kişilərə inanmayın" sözlərinə də aydınlıq gətirib:
"Ondan öncə daha sərt statuslar yazmışam. Nədənsə, bu statusum ön plana çıxdı. Kişilərdən şikayətlənməmişəm. Son zamanlar eşidirəm ki, kiməsə yoldaşı xəyanət edib, boşanıb. Yazdığım statuslardakı problemlərin cəmi 30 faizi mənə məxsusdur, qalanı digər şəxslərə aiddir. Yenə də deyirəm, özünü sevən, özünə güvənən qadın həyat yoldaşına inanmasın. Qadın özünü sevirsə, o səviyyəyə düşməsin ki, yoldaşı ilə qısqanclığa görə problemləri yaransın. İnsan kiminsə arxasınca düşəndə aradakı pərdə götürülür. Qadın əks cinsi ona hiss etdirməyəcək dərəcədə qısqanmalıdır. İçindəki hissləri boğmalıdır. Kişi bu zaman onu qiymətləndirəcək. Cütlüklər tanıyıram ki, bu minvalla neçə ildir ömür sürürlər".
O.Rəsulova həyat yoldaşını qısqanmadığını söyləyib:
"Həyat yoldaşımla aramızda qısqanclıq yoxdur, çünki onunla çox yaxşı dostuq. "Hara getdin", "haradan gəldin", "Bu, niyə belə oldu" və sair kimi şeyləri bir-birimizdən dava ilə yox, söhbətləşərək soruşuruq. Çalışırıq ki, çərçivədən çıxmayaq".
"Analığın çətin tərəfləri nələrdir" sualına isə "Çətin tərəfi yoxdur. Hər bir qadın bundan keçməlidir" deyə, cavab verib.
Aktrisa çəkilişləri yeni bitən "Sevgi romanı" filminin yayım tarixini də açıqlayıb:
"Filmimin artıq montajı başlayıb. Romantik, ehtiraslı, açıq və döyüş səhnələri olan ekran işidir. Hər şeyi posteri və treyleri görəndə biləcəksiniz. Noyabrda bizdən öncə sifarişlər varsa, filmi yanvarda təqdim edəcəyik. Baş rollarda mən, Şəhriyar Əbilov, Zümrüd Bədəlova, Azər Aydəmir var. Rejissor Vüsal Hacıqədir, ideya müəllifi İsmayıl Bağırov, senari müəllifi Azər Aydəmirdir".
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Bakıda plana düşən 200-dən çox ev sökülür, dəmir yolu xətti çəkilir - VİDEO
-
Kloppdan Almaniya millisinə sərt qadağalar
-
Yasamal və Xəzərdə işıq olmayacaq - Yenilənib
-
Niderland “Avroviziya”nı boykot etdi
-
“Qolu ailəmə, qızlarıma həsr edirəm” - Toral Bayramov - (Video)
-
İsrailin ABŞ-dəkı səfirinin oğlu hücumda ağır yaralanıb
-
Günün qoroskopu: Özünüzə dincəlmək üçün icazə verin
-
Rəqsanə İsmayılovaya ağır itki
-
Şəkidə iki avtomobil toqquşub - 4 nəfər xəsarət alıb
-
İrandakı azərbaycanlılar ölkəyə necə qayıdacaqlar? - (Video)
-
Sumqayıtda ağır qəza - xəsarət alanlar var - (Video)
-
Asena Keskincinin sinə dekoltesi müzakirə yaratdı - (Video)
-
İki metrostansiyadan ödənişsiz istifadə nə vaxtadək davam edəcək? - (Video)
-
“Litvaya qarşı oyun planımız dəyişəcək” - Ayxan Abbasov
-
Çox yatırsınız? - Bu xəbəri diqqətlə oxuyun
-
"Kurtlar Vadisi"nin ssenaristi həbs edildi
-
Ərdoğan Nyu-Yorkda Paşinyanı qəbul edib - Yenilənib - (Video)
-
Azərbaycan-ABŞ münasibətləri müzakirə olunub
-
Mahir Emreli üçün xoşagəlməz an - (Video)
-
"Kazım Kaşifoğlu" ifadə verdi - (Foto)
-
Azərbaycan millisi Tacikistanı məğlub edib - Yenilənib - (Video)
-
Kerem Bürsinin yeni sevgilisi - (Foto)
-
Eriksen gələcək karyerası ilə bağlı qərarını verdi
-
“A.B.İ.” final edir





