Şou-biznes

Azərbaycanlı müğənni 5 il qeyri-rəsmi yaşadığı qadınla EVLƏNDİ - 8 yaşlı qızı... - FOTO

31 Avqust 2019 12:26
8 Şərh     Baxış: 18 749
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Gənc müğənni Amil Həsənoğlu "5/5"də qonaq olub.

Milli.Az xəbər verir ki, ifaçı canlı yayımda Zaur Kamalın ona ünvanladığı "Neçə ildir ailəlisən, Amil?" sualına cavab verərkən heç kimin bilmədiyi bir sirri açıb.

Amil 5 il qeyri-rəsmi yaşadığı xanımdan övladı olduqdan sonra onunla ailə qurduğunu bildirib:

"Əslində çoxdan ailəliyəm, amma toyu bu yaxınlarda etmişəm. Yəni, biz bir-birimizi tanımışıq, sonra toy eləmişik. Uşaq da oldu, sonra toyumuz oldu. 5 ildən sonra toyumuz oldu. 8 yaşında bir qız övladımız var". 

Aparıcı müğənninin etirafına təəccüblə "Niyə elə etdin? Bizim adət-ənənədə elə şey yoxdur axı" sualı ilə reaksiya verib.

Amil niyə belə addım atdığını da tamaşaçılar qarşısında etiraf etməkdən çəkinməyib:

"Adət-ənənədə yoxdur, düzdür. Biz evlənib, tez boşanmağı gözümüzün qabağına gətirib bu addımı atdıq ki, elə şeylər olmasın. Burada ayıb bir şey var? Övladıma sahib çıxmışam, övladım yanımda, yoldaşım yanımda". 

Qeyd edək ki, Amilin toyu keçən ilin sentyabrın 10-unda baş tutmuşdu.

Təhməz Təkin
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.