Zamiqdən ETİRAF: “Toydan əvvəl əsəb keçirirəm”
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Müğənni Zamiq Hüseynov Naxçıvanda solo konsert verib.
Milli.Az Lent.az-a istinadən xəbər verir ki, o, Saat Meydanında təşkil olunan gecə üçün özəl hazırlaşıb.
Meydanda quraşdırılan səhnənin dekorasiyası, işıqlar və səs avadanlıqları Bakıdan gətirilib. O, pərəstişkarları üçün 1 saat 45 dəqiqə ərzində 20 mahnısını səsləndirib. Onu səhnədə öz ansamblı və 4 rəqqas müşayiət edib.
Zamiq konsertdən əvvəl media nümayəndələrinin suallarını cavablandırıb. O, hazırlıq prosesindən danışıb:
"Heydər Əliyev Sarayındakı özəl konsertimdə repertuara daxil olan bəzi mahnıları yenə səsləndirdim. Sonra rəqs qrupları cəlb etdik. Çalışdıq ki, saraydakı konsertin yaxşı tərəfini açıq hava tədbirinə uyğunlaşdıraq. Mahnılarımı canlı ifa etdim. Bir-iki mahnını fonoqram səsləndirdim. Çünki hazırlamağa vaxtımız olmadı. Geyimlər üzərində yenə özüm çalışmışam. Səhnədə istədim ki, ağ və rəngarəngliyin vəhdəti təşkil olunsun".
Zamiq toy və böyük tədbirlərdə bütün işlərlə özünün maraqlandığını söyləyib:
"Böyük bir komandamız olsa da, hər şeylə özüm maraqlanıram. Bəzi hallarda axsamalar olur. Özüm o halda məsələyə qarışıram, çatışmazlıqları aradan qaldırıram. Bu zaman əziyyət çəkirəm. Konsert, toyqabağı əsəb keçirirəm. Bir az haldan düşürəm, fikrim başqa yerə yönəlir. Əslində mən bu tədbirlərdə, sadəcə ifa haqqında fikirləşməliyəm. Bu, bir az məni yorur, arxaya atır. İstəyərdim ki, daha da böyüyək. Yaxın gələcəkdə yaxşı planlarım var".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Aslı Enver Türkiyəni tərk edir
-
Qaradağın yeni icra başçısının dosyesi
-
Rusiyada pirotexnika zavodunda ölənlərin sayı 10-a çatıb
-
Bəxtiyar Əsgərov vəzifəsindən azad edilib
-
Prezidentin yüksək vəzifə verdiyi Məmmədiyə Məmmədovun dosyesi
-
“Çirkin” final edir
-
Rusiya Kiyevdə xəstəxanaya zərbə endirib, yaralılar var
-
Hasil Abbasov vəzifəsindən azad edildi
-
Niderland və Slovakiyada benzin və dizelin qiyməti qalxdı
-
BTQ BMT Baş Assambleyası çərçivəsində qayıtmaq hüququ və dekolonizasiyaya həsr olunmuş tədbir keçirib - (Foto)
-
Dövlət Uşaq Filarmoniyasında Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti konsert proqramı keçirilib - (Foto)
-
Azərbaycanda bu il dəniz suyunun duzsuzlaşdırılması layihəsinin icrasına başlanılacaq
-
Yurgen Klopp Almaniya millisinin tarixində ən pis starta imza atıb
-
Prezidentin yüksək vəzifə verdiyi Hacıbaba Babayev kimdir? - dosye
-
Şuşada avtomobil minaya düşdü - xəsarət alan var
-
Gədəbəy rayonuna icra başçısı təyin edilib
-
Xəyal Əli-Zadə Vüsalın qətlinə görə 10 min veribmiş
-
Naftalan şəhərinə icra başçısı təyin edilib
-
Azərbaycan Milli İncəsənət Muzeyində 27 Sentyabr – Anım Gününə həsr olunmuş tədbir keçirilib - (Foto)
-
Qaradağ rayonuna icra başçısı təyin edilib
-
Aedan Skipionun saçlarına görə rəqibi iki qırmızı vərəqə aldı - (Video)
-
27 Sentyabr – Anım Günü “Azərxalça” ASC-nin emalatxanalarında qeyd olunub - (Foto)
-
Dünya Bankı: Orta Dəhliz Azərbaycanın ÜDM-ni 1,3 mlrd. dollar artıra bilər
-
“Ası Lo Dice Mexico" qəzeti: 27 Sentyabr milli iradənin və tarixi yaddaşın rəmzidir - (Foto)





