Şou-biznes

Filipp Kirkorov Bakıya uşaqları ilə gəldi - FOTO

25 İyul 2019 17:25
Baxış: 3 251
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiyanın Xalq artisti Filip Kirkorov Bakıda keçirilən "JARA-2019" Beynəlxalq Musiq Festivalında iştirak üçün artıq ölkəmizdədir.

Milli.Az Trend-ə istinadən bildirir ki, müğənni paytaxtımıza uşaqları ilə təşrif buyurub.

Qeyd edək ki, "JARA" musiqi festivalı 25-28 iyul tarixində Bakıda keçiriləcək. Bu mötəbər festivalda Layma Vaykule, Jasmin, Qriqoriy Leps, Loboda, Timati, Serqey Lazarev, Valeriya və digər məşhur müğənnilər iştirak edəcəklər.

Festivalın təşkilatçıları müğənni və bəstəkar, Azərbaycanın Xalq artisti Emin Ağalarov, Rusiyanın Əməkdar artisti Qriqori Leps, "Russkoye radio"nun və "Qızıl qrammofon" mükafatının təsisçisi Sergey Kojevnikovdur.

"JARA" 4 gün davam edən günəşin batışı unikal rənglərinə boyanmış möhtəşəm konsert, qırmızı xalıda ulduzların dəfiləsi, dörd gün unudulmaz gecə əyləncələri və film təqdimatları, on minlərlə tamaşaçı və milyonlarla televiziya tamaşaçısıdır.

Xüsusi olaraq festival üçün dəniz sahilində inanılmaz video qurğuları ilə təchiz olunmuş heyranedici bir səhnə qurulur.

Bir neçə saatlıq konsert proqramı orijinal xoreoqrafiya, işıq və video şouları, güclü səs və parlaq dekorasiyalar ilə müşayiət olunur.

Trend müğənninin qızı Alla-Viktoriya və oğlu Martin-Kristin ilə birgə Bakıda çəkilmiş fotolarını təqdim edir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.