Röya: “Oğluma bir söz deyən kimi 102-yə zəng vurur”
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Əməkdar artist Röya Ayxanın Nəsiminin "Sığmazam" qəzəlinə mahnı oxuyan və tənqidlərə məruz qalan müğənni Afət Fərmanqızına dəstək olması sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Əksər istifadəçilər bu dəstəyə görə Röyanı tənqid ediblər.
Milli.Az bildirir ki, əməkdar artist "qafqazinfo"ya mövzu barədə danışaraq məsələyə aydınlıq gətirib. Röya fikrinin yanlış anlaşıldığını, sözügedən müğənninin bir müddət sonra unudulacağını qeyd edib:
"Mən sadəcə olaraq dedim ki, o insanın xətrinə dəyməyin. Biz nəyin yaxşı, nəyin isə pis olduğunu bilirik. Söz deməklə xanımın könlünü qırırsız. Onsuz da bu gün əsəblə bağlı çox xəstə insanlarıq. Mən Röya olaraq hamıya başa saldım ki, bir-birinizi əzməyin. Bir türkiyəli müğənnini bura gətirirlər, ağzına gələni oxuyur. Mənim üçün bizimkilər əzizdir. O da bu yolu seçib. İki-üç gündən sonra yaddan çıxıb gedəcək. Şişirdib dağ başına çıxarmaq lazım deyil. Xanımın müsahibəsini gördüm, onun üstünə çox düşüblər. Mənə mənfi reaksiya verənlər isə heç vecimə deyil. Onsuz da hamı hər şeyi tərsinə başa düşür".
Bundan əlavə, Röya canlı yayımda A. Fərmanqızına "Gelandewagen" hədiyyə verilməsinin qurama olduğunu bildirib:
"Hələ maşın söhbətini necə şişirtdilər... Özü-özünə alıb, reklam lazımdır. Bu, birinizin ağlına gəlməyib? Hələ yazıb camaatı təhqir edirlər. Özü-özünə alıb, anti-reklamın özü reklamdır. Dəyməyin heç kimin xətrinə".
Həmçinin, sənətçi bildirib ki, şənbə günü "Zaurla Günaydın" proqramında qonaq olarkən başına maraqlı hadisə gəlib: "Uşaqlar proqramda dalaşdılar, vuruşdular. Sazla çox oynadılar, prodüser axırda əllərindən aldı. Hətta uşaqlar 102-yə də zəng vurdular. Oğluma bir söz deyən kimi 102-yə zəng vurur".
Müğənni son zamanlar ard- arda mahnılar təqdim etməsinin səbəbini də açıqlayıb: "Mahnılarımı ard-arda təqdim etməmişəm, əvvəl instaqramda paylaşmışdım. İnsanlar tez-tez mahnı çıxardığımı düşünə bilərlər. Sadəcə olaraq onlar 2016-2017-ci ilin mahnılarıdır, 2019-a çatmaq lazımdır. Buna görə də, təqdim etdim. Mahnının, ritmin dəbi var. Bir mahnının arajımanına nə qədər pul tökürəm. Gecikmə olur, gələn il başqa ritm dəbdə olur. Ona görə də, tez-tez mahnıları paylaşdım ki, bir də onları aranjıman etdirməyim".
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Göyçayda 4 nəfərlik qeyri-adi velosiped - sürücünün 12 yaşı var - (Video)
-
Yamal futbolda əsas hədəfini açıqladı
-
Eşidənlər zeytun tumunu artıq zibilə atmır
-
Günün bu saatında içilən kofe damarları daxildən zədələyir
-
Psixoloqlara görə, birinin sizi qısqandığını göstərən 2 kəlməlik cümlə
-
"Barselona"nın oynadığı futbol deyil" - Simeone
-
Bakıda plana düşən 200-dən çox ev sökülür, dəmir yolu xətti çəkilir - VİDEO
-
Kloppdan Almaniya millisinə sərt qadağalar
-
Yasamal və Xəzərdə işıq olmayacaq - Yenilənib
-
Niderland “Avroviziya”nı boykot etdi
-
“Qolu ailəmə, qızlarıma həsr edirəm” - Toral Bayramov - (Video)
-
İsrailin ABŞ-dəkı səfirinin oğlu hücumda ağır yaralanıb
-
Günün qoroskopu: Özünüzə dincəlmək üçün icazə verin
-
Rəqsanə İsmayılovaya ağır itki
-
Şəkidə iki avtomobil toqquşub - 4 nəfər xəsarət alıb
-
İrandakı azərbaycanlılar ölkəyə necə qayıdacaqlar? - (Video)
-
Sumqayıtda ağır qəza - xəsarət alanlar var - (Video)
-
Asena Keskincinin sinə dekoltesi müzakirə yaratdı - (Video)
-
İki metrostansiyadan ödənişsiz istifadə nə vaxtadək davam edəcək? - (Video)
-
“Litvaya qarşı oyun planımız dəyişəcək” - Ayxan Abbasov
-
Çox yatırsınız? - Bu xəbəri diqqətlə oxuyun
-
"Kurtlar Vadisi"nin ssenaristi həbs edildi
-
Ərdoğan Nyu-Yorkda Paşinyanı qəbul edib - Yenilənib - (Video)
-
Azərbaycan-ABŞ münasibətləri müzakirə olunub





