Tanınmış aktyorlar Nicat Rəhimov və İlkin Misgərli yeni veriliş üzərində işləyirlər.
Milli.Az aktyor Nicat Rəhimov ilə əlaqə saxlayıb və o, bunları deyib:
"Tezliklə "Buğlama" televiziya layihəsi ilə dostum, dəyərli həmkarım İlkin Misgərli ilə tamaşaçıların görüşünə gələcəyik. İlkin "Bozbash pictures"ə gəldiyi ilk gündən sevildi. Verilişin layihə rəhbəri İlkin Həsənidir. Verilişin ssenarilərini isə ssenaristlər Ənvər Abbasov və Samid Ağayev yazır.
Verilişdə 6 fərqli obraz olmaqla 3 dəqiqəlik maraqlı videolar yer alacaq. Çox maraqlı televiziya layihəsidir, noyabrın əvvəlində efirdə olacağıq".
Əli Novruzəliyev
Milli.Az





