Şou-biznes

Səfurə Əlizadə ingilis dilini öyrənir

5 Aprel 2010 09:08
Baxış: 409
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Mayda Norveçin paytaxtı Osloda keçiriləcək "Eurovision-2010" müsabiqəsində Azərbaycanı təmsil edəcək Səfurə Əlizadə müsabiqənin rəsmi saytına (www.eurovision.tv) müsahibə verib. Ingilis dilini zəif bildiyinə görə o, verilən sualları ana dilində cavablandırıb. Təmsilçimiz hazırda ingilis dili üzərində ciddi çalışdığını, may ayına qədər bu dili öyrənəcəyini diqqətə çatdırıb.

Azərbaycanda "Eurovision" müsabiqəsinə böyük əhəmiyyət verildiyini vurğulayan S. Əlizadə deyib ki, ölkəmiz bu müsabiqədə 2008-ci ildən iştirak edir. Müğənni xalqımızın müsabiqəyə marağını nəzərə alaraq ölkəmizi bacardığı qədər yaxşı təmsil edəcəyini vurğulayıb.

İsveçdə xoreoqrafiya və vokal dərsləri aldığını deyən Azərbaycan təmsilçisi hazırda Ukraynada onun təbliğatının aparıldığını, digər hazırlıq işlərinin görüldüyünü də bildirib.

S.Əlizadə müsabiqədə ifa edəcəyi "Drip drop" mahnısına da münasibət bildirib. O vurğulayıb ki, bu mahnının seçilməsi onu çox sevindirib: "Bu mahnının seçilməsi mənim qərarımla olmayıb, ancaq bu mahnı ilə çıxış edəcəyimi biləndə, çox sevindim".

Artıq 55-ci dəfə keçiriləcək "Eurovision" müsabiqəsinin tarixindən çox da məlumatlı olmayan Azərbaycan təmsilçisi hazırda müsabiqənin tarixini də öyrənməyə çalışır.

Qeyd edək ki, mayda keçiriləcək və 55 illik yubileyi qeyd olunacaq "Eurovision" müsabiqəsində Azərbaycan Səfurə Əlizadənin ifasında "Drip drop"la təmsil olunacaq və o, II yarımfinalda 16 ölkə ilə birgə finala çıxmaq uğrunda mübarizə aparacaq.

/AzərTAc/
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.