Şou-biznes

Məşhurlar İlham Mirzəyevin yubileyinə yığışdı - FOTO

21 May 2018 20:12
11 Şərh     Baxış: 5 564
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Aparıcı İlham Mirzəyevin ad günü olub.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, 50 yaşı tamam olan aparıcı təmtəraqlı məclis təşkil edib. Şəhər restoranlarından birində keçirilən mərasimə şou-biznes nümayəndələri, incəsənət adamları qatılıblar.

İ.Mirzəyev təəssüratlarını bölüşərək bunları deyib:

"Dörd ilə yaxındır ki, efirlərdə yoxam. Buna baxmayaraq çağırdığım bütün qonaqlar məclisimə gəldilər. Bu onu göstərir ki, bizim dostluğumuz mənim aparıcılığıma görə qurulmayıb. Onlar təkcə efirə görə mənə qiymət qoymayıblar. Sədaqətimə görə mənimlə dostluq edirlər. Bütün qonaqlar gəldilər. Bircə xalq artisti Brilliant Dadaşova ilə əməkdar artist Mətanət İsgəndərlidən başqa. Brilliant xanım Moskvada olduğu üçün gələ bilmədi. Mətanət xanım isə qızının baldızının nişan mərasiminə gedib. Çox xoşbəxt aparıcıyam ki, məni bu qədər sevən dostlarım var".

Aparıcı Hacı Nuran Hüseynov isə Mirzəyevi təbrik edərək "Space"də çalışan vaxt verilişim bağlandı. Həmin ərəfədə mənə zəng vurub dəstək olan İlham oldu" sözlərini söyləyib.

Əməkdar artist Kubra Əliyeva da çıxış edərək səbəbkarı təbrik edib. Gecədə müğənnilər mahnılar səsləndiriblər.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.