Ölkə

Pensiya və maaş artacaq? - VİDEO

10 May 2024 11:09
Baxış: 3 957
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Neft bugünki qiymətləri fonunda pensiya və maaşlarda artım görmək mümkündür.

Milli.Az bildiirr ki, bu sözləri "Xəbər Ertəsi"nə açıqlamasında iqtisadçı Rəşad Həsənov deyib.

O bildirib ki, həm ünvanlı sosial yardım, həm də əmək pensiyaları ilə neft qiymətləri arasında bağlılıq zəifdir. Ancaq "qara qızıl"ın qiyməti uzunmüddətli dövrdə yuxarı həddə qalarsa, hökumət sosial islahat paketlərinə yenidən baxa bilər.

Millət vəkili Rüfət Quliyev də deyir ki, pensiya və maaşların artması təkcə neftlə əlaqəli deyil. Lakin "qara qızıl"ın bahalaşmasının da öz üstünlükləri var.  

Millət vəkili həmçinin bildirib ki, dövlətin maliyyə imkanlarının artması sosial məsələlərin həllinə də şərait yaradır.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.