Ukrayna Amsterdamın Kiyevə təhvil verəcəyi 24 ədəd F-16 qırıcısından Rusiyadakı hərbi hədəflərə hücumlar üçün istifadə edə biləcək.
Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu sözləri müdafiə naziri Kaysa Ollonqren deyib.
"Biz Ukraynaya silah ötürdükdən sonra ondan necə istifadə edəcəyinə Kiyev özü qərar verir", - o bildirib.
O, Belçikadan fərqli olaraq, F-16-larla bağlı ölkəsinin heç bir məhdudiyyət tətbiq etməyəcəyini vurğulayıb.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun