Şou-biznes

"Qohumlarım mənə deyir ki, bu qızı kim alacaq?" - FOTO

18 Sentyabr 2017 14:21
10 Şərh     Baxış: 8 284
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Gənc aktrisa Zarina Qurbanova şəxsi həyatından danışıb.

Milli.Az bildirir ki, yenicag.az-a açıqlama verən aktrisa ona evlilik təklifi edən oğlanlardan gileylənib:

"Mənə evlilik təklifi edən oğlanlar çoxdur, amma hamısı qabaqcadan şərt kəsir ki, sənəti atacaqsan. Mən bu sənəti çox sevdiyim üçün onlarla razılaşmıram. Sözün düzü, insanların bu yanaşması xoşuma gəlmir. Azərbaycan kişisi aktrisa olan xanımlara dəyər verir, amma onunla evlənməyə çəkinir. Düşünür ki, bu addımı atsam, qohumlarım mənə pis baxar. Hansı ki, aktrisalar ən səmimi qadınlardır. Əgər mən hansısa tədbirə açıq-saçıq geyimdə gəlirəmsə, o saat tərbiyəmdə qüsur axtarmağa başlayırlar. Amma əcnəbi aktrisa lap lüt də gəzsə, ona pis baxmırlar".

Z. Qurbanova qohumları tərəfindən də təzyiqlərlə qarşılaşdığını deyib:

"Hətta öz qohumlarım da mənə irad tutur ki, bu nə libasdır geyinmisən, el-oba nə deyər? Hansı ki, adi dekolte, ya da mini ətək geyinirəm; açıq-saçıq heç nə yoxdur. Toylara, el şənliklərinə xanımlarımızın çoxu belə geyinir. Adamın doğmaları belə danışanda yada nə deyəsən? Təsəvvür edin, qohumlarım mənə deyir ki, bu qızı kim alacaq?! Axı mənə nolub ey... Aktrisayam, bu, mənim sənətimdir".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.