Şou-biznes

Elməddin: "Sevda qoşulub qaçdı"

18 Sentyabr 2017 12:09
8 Şərh     Baxış: 5 263
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ATV-də yayımlanan "Bacanaqlar" serialının ssenarisində dəyişiklik olub. Məhəbbət obrazını canlandıran Ramin Hacıyev serialdan getdiyi üçün Sevda obrazının da taleyi "dəyişdirilib".

Milli.Az bildirir ki, bu barədə yenicag.az-a serialın baş qəhrəmanı Elməddin Cəfərov açıqlama verib:

"Bildiyiniz kimi yeni çəkilişləri Raminsiz başladıq. Sevda maraqlı obraz olduğu üçün onu itirmək istəmədik. Ssenariyə görə, Məhəbbət Sevdanı boşayır və xaricə köçür. Sevda da oturub gözləyəsi deyildi ki... Boşanmış qadının da ailə qurmaq haqqı var. Beləcə, Talehin bacısı Sevdanı Məhəbbətdən boşandırıb, Ramizə ərə verdik. Daha doğrusu, Sevda qoşulub qaçdı. Ramiz rolunu da xalq artisti Ramiz Novruzun oğlu Cavidan Novruza həvalə etdik".

Xatırladaq ki, "Bacanaqlar" serialının rejissoru Ramin Hacıyev ATV kanalından ayrılaraq, fəaliyyətini Xəzər Televiziyasında davam etdirir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.