Müğənni Zamqi Hüseynov evlənəcəyi xanımı gizlətməsinin səbəbindən danışıb.
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, "Xəzər Maqazin"ə açıqlama verən ifaçı gözə gəlməkdən qorxduğunu deyib:
"Sevirəm. Hər şey əladır. Şəxsi həyatımda da, yaradıcılığımda da hər şey yolundadır. Ona görə danışmıram ki, həm göz dəyir, həm də nəyisə qabaqcadan demək mənə düşmür".
Qeyd edək ki, ilin əvvəlində nişan qaytaran Zamiq başqa bir xanımla ailə qurmağa hazırlaşır. Cütlüyün ilin sonunda toyu olacağı deyilir.
Zamiq bir müddət əvvəl sosial şəbəkədə sevgilisi ilə fotosunu da paylaşmışdı.
Milli.Az