Şou-biznes

Aysel Əlizadəyə "Porşe"ni sevgilisi alıb? - AÇIQLAMA - YENİLƏNİB

19 Aprel 2017 18:02
26 Şərh     Baxış: 24 775
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

18:02

Müğənni Aysel Əlizadə 45 yaşlı biznesmenlə sevgili olması xəbərinə münasibət bildirib.
 
Milli.Az azxəbər-ə istinadən bildirir ki, müğənni haqqında yazılanları təkzib edib və həmin şəxslə dost olduğunu deyib:
 
"Gənc xanımam, ifaçıyam, tanınıram və məni sevənlər də, sevməyən də çoxdur. Ətrafımda şükürlər olsun yaxşı dostlarım var. Şəxsi həyatımda isə heç kim yoxdur. Allah nəsib edərsə, ailə həyatı quracağım şəxs qanuni şəkildə olacaq. Qeyri-qanuni yollarla həyatımda heç kəs olmayıb, ola da bilməz. Çünki mən hər zaman ailəmi və yaxınlarımı düşünən bir insan olmuşam. Bu günə kimi Ayselin nə çılpaq şəkilləri yayılıb nə də ki, barlarda, küçələrdə fotosu. Kimdə varsa, buyursun, göstərsin. Çox şükür öz zəhmətimlə maşınımı almışam, gələcəyimi də qurmuşam".
 
Aysel daha sonra onun haqda xəbər yazanları məhkəməyə verəcəyini deyib: "Mənim adımı ləkəyən insan ətrafındakı qadınlardan qorxsun. Haqqımda pis mənada yazanlar gedib öz ailəsinin qadınlarının qeyrətini çəksin. Bundan sonra haqqımda yanlış yazılan hər xəbər görə qanun qarşısında cavab verəcək"

Qeyd edək ki, bu gün mediada müğənni Aysel Əlizadənin Elçin adlı "Yetim" ləqəbli şəxslə sevgili olduqları xəbəri yer almışdı. İddialara görə, həmin şəxs 8 Martda müğənniyə "Porcshe" markalı maşın da hədiyyə edib.

-------------

14:05

Mətbuatda müğənni Aysel Əlizadənin 45 yaşlı Elçin adlı biznesmenlə sevgili olduğu və ona "Porşe" avtomobili hədiyyə etdiyi haqqında xəbərlər yayılıb.

Milli.Az bildirir ki, Aysel Əlizadənin mətbuat katibi Zəminə Rüstəmova teleqraf.com-a açıqlamasında xəbəri təkzib edib:

"Aysel "Porşe" markalı avtomobilləri çox sevir. İki il öncə də "Porşe" sürürdü. Avtomobilin yeni modeli gəldiyinə görə, yeni "Porşe" alıb. Adıçəkilən şəxsə gəlincə, o, Ayselin dostudur. Aysel sənətçidir və cəmiyyətdə tanınan insandır. Onun bütün təbəqələrdən dostlarının olması normaldır. Bunu kimsə şəxsi münasibətə yozursa, hüquqi müstəvidə cəzalanıdırılacaq. Əgər sübut olmadan dostluğu şəxsi münasibətə çevirirlərsə, qanun qarşısında cavab verəcəklər. Yayılan xəbərlər şayiədir".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.