Şou-biznes

Rəhim Rəhimli “cənnət”ə düşüb - VİDEO-FOTOSESSİYA

20 Aprel 2011 08:55
Baxış: 685
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Səhnəmizin ən modern müğənnilərindən olan Rəhim Rəhimli aparıcı olduğu "Tap dostum" verilişinin formatını genişləndirmək qərarına gəlib. Bu haqda Milli.Az xəbər portalına danışan müğənninin sözlərinə görə, mayı 1-də saat 20:00-da "Baku Karting"də qeyri-adi əyləncə gecəsi keçiriləcək.

"Oyna, dostum" adlı mərasimdə Rəhimlə birgə Ukraynanın "VİP qrup" qrupu da səhnəyə çıxacaq. Rəhimlə ukraynalıların duet oxuyacaqları tədbirin ən maraqlı yönlərindən biri qonaqların fərqli geyimləri olmasıdır.

Yaşından və vəzifəsindən asılı olmayaraq mərasimə qatılmaq istəyən hər kəsin geyimində mütləq ağ çalarlar olmalıdır.

Rəhimin sözlərinə görə, bu fikir onun olub: "Geyimində ağ rəng olmayan şəxs qapıdan buraxılmayacaq. Hər kəs ağ geyimdə olsa, çox gözəl və maraqlı görünəcək. Tədbir mahnı performansı ilə yanaşı, maraqlı rəqslərlə yadda qalacaq".

Mələk   
Milli.Az



















































Foto - Video Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.