Şou-biznes
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Faiq Ağayev: «Elə mən də Nisə Qasımovanı harada görsəm... »
3 Mart 2010 09:37
Baxış: 629
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
- Faiq, bir çox həmkarlarınız
kompüterdən adi istifadə qaydalarını belə bilmir. Bəs sizin necə,
müasir texnikadan anlayışınız var?
- Texnikaya məndə həvəs həmişə olub. Əvvəllər DVD-pleyer, video, mobil telefon alanda dərhal onun menyusuna daxil olub baxırdım. İndi isə belə işlərə həvəsim qalmayıb. Kopüterə gəlincə ondan istifadə qaydasını tam bilmirdim. Özümə bir netbook aldım. İndi tam aktiv internet istifadəçısiyəm.
- Faiq Ağayev sülhsevərdir, yoxsa üsyankar?
- Faiq Ağayev mübariz insandır. O da ki, mübarizəyə ehtiyac olanda. Boş-boş şeylərdən ötrü heç kəslə nə dava salar, nə də ki, qaşınmayan yerdən qan çıxardaram. Təbii ki, əgər təzyiqə məruz qalsam, cavab verməliyəm. Amma ümumilikdə münaqişəni sevməyən insanam. Çünki münaqişəyə çoxlu vaxt və sinir gedir.
- Bəs Nisə Qasımova ilə niyə küsülüsünüz? Portalımıza müsahibəsində Nisə xanım deyib ki, "Faiq Ağayevi harda görsəm, ona başa salacam ki, mənimlə belə rəftar eləmək olmaz". Aranızda nə baş verib?
- 2 il bundan əvvəl aparıcısı olduğum "Ulduzlu axşam" verilişinin müəlliflər qrupu tərəfindən buraxılmış cüzi bir səhvin ucbatından bizim Nisə xanımla münasibətimiz soyudu. Nisə xanımın anasının yas məclisində ona işin nə yerdə olduğunu danışıblar. Gedib başsağlığı vermək üçün onun köməkçilərindən birinə müraciət etdim. Köməkçisi isə mənə dedi ki, gəlməyimə ehtiyac yoxdur. Sonradan bildim ki, Nisə xanımın bu söhbətdən xəbəri olmayıb. Mən Nisə xanımla istənilən anda qarşı-qarşıya gəlməyə hazıram. Elə mən də Nisə xanımı harada görsəm və ya istənilən zaman görüşüb onu bağrıma basmağa hazıram. Bilirəm ki, o, məni çox istəyir. Elə mən də onun xətrini indiyəcən əziz tuturam. 1996-cı ildə solo konsertim zamanı Nisə xanım səhnəyə çıxıb dedi ki, Faiq Ağayev Azərbaycan estradasının şəhzadəsidir. O, sənətimə daim rəğbətlə yanaşıb, mən də həmişə Nisə xanımın səmimi pərəstişkarı olmuşam.
- Son barışdığınız müğənni kim olub?
- Sonuncu dəfə bir il bundan əvvəl verilişlərin birində müğənni Rəqsanə İsmayılova ilə məni virtual olaraq barışdırdılar. Səmimi etiraf eşitdim, umu-küsüyə son qoydum. Ümumiyyətlə, insanın yaşı artdıqca o, müdrikləşir. Üzr istəməyin özü bir cəsarət tələb edir. Bağışlamağı bacaran insan isə mükəmməlliyə doğru addım atmış olur.
- Müğənni Əli Mirəliyevin efirlərdə və mətbuatda Faiq Ağayevə qarşı sərt çıxışları onda nə kimi hislər oyatmışdı?
- Mən onun siyahısında birinci deyildim (gülür). İlk əvvəllər elə də önəm vermirdim. Daha sonra ünvanıma layiq olmadığım sözlər eşitməyə başladım. Sözün açığı bərk xətrimə dəydi. Çünki "t" hərfi ilə başlayan başqa sözlər də var. Misalçün, " tənqid", "tənə", "təhlil" və s. Daha təhqir yox da! Mənim sənətimə Müslüm Maqomayev qiymət verib. Onun şəxsi dəvəti ilə Moskvada keçirilən yubileyində iştirak etmişəm. O cümlədən Polad Bülbüloğlu, Zeynəb Xanlarova, İlhamə Quliyeva həmişə sənətimi yüksək dəyərləndirib. Siz də deyirsiniz, " Əli Mirəliyev "...
- Bu yaxınlarda Əli Mirəliyev deyib ki, sizi qucaqlamaq istəyir. Onun bu addımına sizin reaksiyanız necə olacaq?
- Buyursun, gəlsin qucaqlasın. Etiraf etsin ki, "Mən iki ildir Faiq Ağayevi tanımayıb, barəsində layiq olmadığı söhbətlər danışmışam". O, məni qucaqlamağa cəhd göstərməmiş, harada görsəm birinci özüm onu qucaqlayaram.
- Ötən ilin yekunlarından razı qaldınızmı?
- Deməzdim. Çünki 2009-cu ildə Azərbaycanda, "Eurovision" yarışmasından savayı, sənət baxımından heç bir olay olmadı. Çox kasad bir il idi. Qalan əldə olunan uğurları olay hesab etmirəm.
- Etiraf edin ki, Faiq Ağayevin əvvəlki fəallığı azalıb...
- Razıyam. Amma bu, müvəqqətidir.
- Vergi ödəməklə aranız necədir?
- Mən qabaqcıl, öndəgedən vergi ödəyicilərindən biriyəm (gülür).
- Ayda neçə toya gedirsiniz?
- Böhran başlayandan, bütün müğənnilərin toylarının sayı kəskin şəkildə azalıb. Hətta ayda az qala 70 toya gedən müğənnilər belə bunu etiraf edir. Faiq Ağayev dünyanın düz vaxtında ayda cəmi 4-8 toya gedirdi. İndi isə bu rəqəm 2-4 arasında dəyişir.
- Əvvəllər Xuraman Şuşalıya dəstək çıxırdınız. Toy məclislərində, konsertlərdə daim yanınızda idi. Amma sonra bu himayədarlıq sona çatdı...
- Mən sadəcə Xuramanı sərbəst ifaçı kimi "azadlığa" buraxdım. Əgər Xuramanın bu gün köməyə ehtiyacı olsa, ona yenə dəsdək durmağa hazıram. Xuraman sənətdə özünə düzgün istiqamət qursa, mahnılarla gündəmdə qalan müğənni ola bilər.
- Faiq Ağayev biznesmendir yoxsa özünü o cür aparır?
- Xeyr, mən biznesmen deyiləm. Sənətimlə dolanışığımı təmin edən peşəkaram. Mənim biznesim müğənniliyimdir. Əmin ola bilərsiniz ki, balaca qəzet köşküm belə yoxdur.
- Ola bilməz ki, bu illər ərzində Faiq Ağayev əldə etdiyi gəlirdən özünə biznes qurmasın...
- Zaman-zaman biznesmen olmağım ağlıma gəlib. Mən əgər hər hansısa bizneslə məşğul olsam, gərək o işin arxasınca gedim. Belə olan təqdirdə sənətdən kənarlaşa bilərəm. Allah eləməsin, müğənnilik sənəti olmasa, mən nə ilə yaşayacağamı təsəvvürümə belə gətirmirəm. İş pulda deyil. Sadəcə mən müğənni olmasam mənən ölə bilərəm. Sizə bir sirr açım. Təxminən il yarım bundan əvvəl dostlarımın təkidi ilə hazırda fəaliyyət göstərən ticarət mərkəzlərindən birində dükanların birini almaq fikrində idim. Satışla məşğul olan ofisə çatmağa 300 metrə qalmış qarşımdakı avtomobil adam vurdu. Tez geri dönüb həmin məkandan uzaqlaşdım. İçimdə o işdən xeyir tapmayacağım barədə bir hiss oyanmışdı.
- Sizcə, müğənnilərdən hansı bu gün konsertlərdən pul qazana bilər?
- Azərbaycanda Heydər Əliyev Sarayını tamaşaçı ilə dolduran yeganə yerli müğənnilər - Alim Qasımov, Baloğlan Əşrəfov və Faiq Ağayevdir. Amma bu gün sənətçi yalnız konsertdən əldə olunan gəlirlə dolana bilmir. İldə neçə konsert keçirtməlisən ki, yaşayışını təmin edə biləsən? Ölkəmiz elə də böyük deyil. Ona görə də müğənnilər toya getməyə məcburdur.
- Cangüdəni nə üçün gəzədirirsiniz? Düşməniniz var?
- Əslində onun bilavasitə vəzifəsi köməkçidir. Amma ətrafımızda cəmiyyətdə özünü aparmağı bacarmayan insanlar da olur. Ən çoxda ki, bu, açıq konsertlərdə, bölgələrə səfərlərdə baş verir. Cangüdən elə tip insanlarla mənim aramda canlı çəpər yaradan birisidir. Hər ehtimala qarşı özümü sığortalamağa çalışıram. Necə deyərlər, "Ehtiyat igidin yaraşığıdır!" (gülür) .
Fərid
Milli.Az

DİGƏR XƏBƏRLƏR
-
Mətanət İsgəndərli: “Sanki övladını aparıblar, amma demirlər kimindir”
-
"Eşref Rüya"nın aktyoru Tolqa Tekin yeni serialda (Foto)
-
“Artıq onun Bakıda neft emalı zavodları var” - Nəsrin Cavadzadə - (Foto)
-
"Ümid" filminin aktyoru vəfat etdi - (Foto)
-
Ali Öner "Taşacak bu deniz"dən getdi (Foto)
-
Elçin İsmayılova "Space"də yüksək vəzifə verildi - (Foto)
XƏBƏR LENTİ
-
II və III ixtisas qrupları üzrə 2-ci cəhd imtahanı iyulun 5-də keçiriləcək
-
126 ilin ən güclü zəlzələsi: Venesuelada əsrlik rekord qırıldı - (Foto)
-
Qobustanda yol polisindən yayınan sürücü həbs edildi - (Video)
-
Telefonlarda ekran qoruyucuları gözlərə zərər verə bilər
-
Novxanı çimərliyində xəndəklər qazılıb:Sürücülərin yolu kəsilib
-
Tramp Venesuela zəlzələsi ilə bağlı təcili yardım göstərişi verdi
-
Rayonlarda milyonluq həyat: villaların qiyməti 1 milyon manatı keçir
-
Prezident İlham Əliyev Sloveniya dövlət başçısını təbrik edib
-
“Arzum 999” ləqəbli blogerin məhkəməsi təxirə salındı
-
Türkiyə son oyununa çıxacaq
-
Zirzəmidə gizli sərvət: 71 yaşlı kişi cəmi 40 günə 216 min qazandı - (Foto)
-
Sabah Bakı metrosunda qatarların hərəkət qrafiki dəyişdiriləcək
-
Naxçıvanda azyaşlı əlil arabasından yıxılaraq öldü
-
Yaponiyada da 7,2 bal gücündə zəlzələ oldu - Yaralananlar var - (Video)
-
ABB kartlarından silininən pullar geri qayıtdı
-
Almaniyada pensiya yaşı 70-ə qaldırılır
-
Futbol üzrə növbəti dünya çempionatı Azərbaycanda keçiriləcək
-
Toxum istehsalında yeni qaydalar tətbiq ediləcək
-
2 saatda 225 litr qan yığıldı
-
Qaradağda fəhlə bədbəxt hadisə nəticəsində dünyasını dəyişib
-
Cəbhə arxasında müharibə: Ukrayna Rusiyanın logistikasını hədəfə alır
-
1998-ci il qanunu ləğv olunur: Balıqçılıq sahəsində yeni qaydalar
-
Bilgəhdə dənizdə batan gəncin meyiti tapıldı
-
Astarada 60 yaşlı kişi mağazada öldü