Şou-biznes

Könül Kərimovanın dəbdəbəli evi - FOTO

6 Mart 2016 11:54
154 Şərh     Baxış: 31 956
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Səhnəmizin həzin səsli müğənnisi Könül Kərimova "Evdəkilərə salam" verilişinin heyətini dəbdəbəli evində qonaq edib. 

Gecce.az xəbər verir ki, oğlu və qızı, bacısı ilə kamera önünə keçən Könül xanım öncə bacısından söz açıb. Müğənni etiraf edib ki, bacısının səsi onun səsindən də gözəldir. Vaxtilə eyni müsabiqədə sona qalan iki bacıdan Könül xanımın şansı gətirib. Amma səs etibari ilə o, bacısını birinci görüb. 

Verilişin aparıcısı Aytəkin Mərdanova qeyd edir ki, K.Kərimova nənə olmaq arzusunu dilə gətirib:

"Sual etdikdə, öncə qızını ərə vermək istəyini bildirdi. Oğlunu evləndirincə yanına gətirəcəyini söylədi. Söylədi ki, bir oğlu var, əziyyətini çəkib, yanında saxlayacaq".

Verilişin irəliləyən dəqiqələrində bəlli olub ki, Könül Kərimova özünəməxsus yarpaq dolması bişirir. Mətbəxə keçən sənətçi xanım bu məharətini göstərib və süfrə açıb. Süfrədəki söhbətdə Könül xanımın ailə həyatından bəhs edilib.

"Könül xanım bildirib ki, xalası oğlu ilə bir-birilərini çox istəyiblər. Aralarında o qədər qısqanclıq olub ki, bu hətta toy günü küsülülüyə gətirib çıxarıb. Bəy-gəlin kürsüsündə, şəkil çəkdirəndə hərəsi əks tərəflərə baxmaqla, bunu hiss etdiriblər", - deyə A.Mərdanova bildirib.

Sonda Könül Kərimova ona uğur gətirən "Yar başına dönüm" mahnısından danışıb. Bildirib ki, sıradan bir mahnı kimi baxdığı halda, böyük auditoriya qısa zamanda mahnının timsalında Könül xanımı tanıyıb və sevib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.