Musiqimizi Himalayda səsləndirən şəxs: "Muğam mənim canımdır" - VİDEO - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Əvvəlcə bu müsahibənin ərsəyə gəlməsi haqqında qısaca məlumat verim.
Mark Eliyahu... Habil Əliyevdən təsirlənən gənc musiqiçi...
Haqqında ancaq "Wikipedia"da, çox qısa və aydınlaşdırılmamış məlumat var idi. Üstəgəl ingilis dilində. Musiqilərini, bəstələrini və ən sonda uzun müddət Azərbaycanda yaşadığını öyrənəndə onun haqqında daha çox məlumat öyrənməyə qərar verdim. Beləliklə də əvvəlcə "Facebook" üzərindən onu tapdım, daha sonra e-mail adresini soruşdum, növbəti mərhələdə "Skype", sonra isə telefon nömrəsini istəməli oldum. Bir sözlə, Azərbaycandan İsrailə müsahibə almaq üçün əlimdən gələn hər şeyi etdim. Və nəhayət, Eliyahu bütün suallarıma cavab verdi. İndi isə müsahibəni oxuya bilərsiniz. Elə ilk olaraq da Azərbaycanla bağlı suallarım onun dil açıb danışmağına səbəb oldu. Xoş dəqiqələr...
- Bildiyim qədərilə Azərbaycanda yaşamırsınız. Amma uzun müddət burada olmusunuz. Ölkəmizə hər hansı konsert və ya başqa işlər üçün gəlmişdiniz?
- Bütün Azərbaycana salam olsun. Mən sizin ölkənizi 1998-2000-ci illərdə tərk etmişəm. Təxminən 16 yaşım var idi onda. Həmin müddətdə isə Azərbaycanda Ədalət Vəzirovdan kamança və muğam dərsləri almışam.
- Nəyə görə Azərbaycan muğamına üstünlük vermisiniz? Bu istək sizə atanızdan keçib, yoxsa, sadəcə, bizim musiqini sevirsiniz?
- Muğam mənim canımdır, canımdadır. Atam Piris Eliyahu muğam ustası və bəstəkarıdır. O, Azərbaycanın bir çox muğam ustaları (Alim Qasımov, Habil Əliyev) ilə işləyib. Azərbaycan muğamının bizə təsiri sözlə ifadə edilə bilməyəcək qədər güclüdür.
- Sizin, əslində, həm də Azərbaycanla qan bağınız olduğunu düşünürdüm. Həqiqətənmi belədir?
- Xeyr, daha düzgün desək, mən dağıstanlıyam.
- Azərbaycana gəlmək və ya burada konsert vermək fikriniz var? Çünki musiqilərinizi dinləyən hər kəs çox bəyənir.
- Azərbaycana bu yaxınlarda gəlmişdik. Lakin yenidən gəlməyi sözsüz istəyirəm. Planlarım arasında da var.
- Bəstələrinizin Azərbaycan muğamları üzərində qurulduğu aşikardır. Məsələn, "Journey" deyəsən, "Nəva" muğamı üzərindədir.
- Bəli, bir çoxunda muğam elementləri var və bu onları daha axıcı edir.
- Məni ən çox maraqlandıran sual: qrupunuz (ANNA RF) məşhur "Weeping eyes" klipini Himalayda çəkib?
- Onların hər biri mənim tələbələrimdir. Məndən kamança dərsləri öyrənirlər. Bəli, həmin klip orada çəkilib.
- "Dağıstanlıyam" dediniz. Bəlkə bu da sizin musiqi ruhunuza təsir edib?!
- Biz Dağıstandan gedəndə mən çox balaca idim. Amma hər zaman özümdə Qafqaz ruhunu hiss edirəm.
- Ümumiyyətlə, növbəti layihələriniz haqqında bilmək xoş olardı...
- Hazırda muğam, pop və elektron musiqilər üzərində çalışıram. Həmçinin muğamdan bir çox layihələrimdə istifadə edirəm. Əsasən, ansanblım və atam Piris Eliyahu ilə işləyirəm. Həmçinin orkestr, müğənni, film, rəqs və teatrlar üçün musiqilər bəstələyirəm.
Bəzi musiqi layihələrim üçün isə Hindistan, Türkiyə, Azərbaycan, Fələstin və İsrail musiqiçiləri məni dəvət edirlər. Bunlardan birini elə ötən yay Azərbaycanda Bəyimxanım Vəliyeva (Mirzəyeva) və Malik Mansurovla həyata keçirdik.
Son olaraq isə sizin vasitənizlə Azərbaycana və Azərbaycan xalqına sevgilərimi göndərmək istəyirəm.
Videonu izləmək üçün şəklə klikləyin:
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Qazaxda açıq ərazidə güclü yanğın
-
Böyük Qayıdışa dair II Dövlət Proqramının layihələri Prezident İlham Əliyevə təqdim edilib
-
İkardinin qayda pozuntusu baha başa gəldi – 73 illik qadağa
-
Əli Əsədov iclas keçirir
-
Türkiyəni silkələyən zəlzələnin görüntüləri yayıldı - (Video)
-
Bakıda yeni avtobus zolağı təşkil edildi
-
Ağcabədidə qadını bıçaqlamaqda həyat yoldaşı şübhəli bilinir
-
Bakıda Formula 2 üzrə ikinci sıralama turu başa çatıb - Yenilənib
-
Maşınınız duracağa aparılarsa, bu qədər pul ödəyəcəksiniz - Yeni qiymətlər
-
Azərbaycan XİN Qazaxstana başsağlığı verib
-
Zakir Həsənov Qazaxıstana başsağlığı verib
-
Rusiyada ayı turistə hücum etdi - Tanınmış məşqçi öldü
-
Fransa millisində Türkiyə oyunu öncəsi ciddi itki
-
Formula 2: Azərbaycan Qran-Prisində ilk sıralama turu yekunlaşıb - Yenilənib
-
ABŞ və Çin arasında “ticarət atəşkəsi” uzadıldı
-
Ermənistandan Azərbaycana alüminium folqa ixrac edilib
-
20 yaşlı polşalı futbolçu faciəvi şəkildə öldü
-
Xəyanətə uğradığını bildi, evi dağıtdı - (Video)
-
Qazaxıstanda hərbi təlim faciə ilə nəticələndi: 9 hərbçi öldü
-
Pezeşkianın çıxışı zamanı nümayəndə heyətimizin zalı tərk etməsi yalandır
-
Formula 1 Azərbaycan Qran-Prisində ilk sərbəst yürüş başa çatdı - Yenilənib
-
Hande Erçel Milanda "gəlinlik"də - (Video)
-
Yevlaxdakı qətl işi üzrə 6 qohuma hökm oxundu
-
Xəzərdə hərbi təlim faciə ilə nəticələndi - 9 hərbçi öldü







