Şou-biznes

Keçmiş əri Samirə haqda: "Onu hələ də sevirəm"

22 Fevral 2016 12:31
11 Şərh     Baxış: 10 802
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Boşanan cütlük aşıq Samirə Əliyeva və prodüser Rizvan Məmmədov birlikdə kamera qarşısına keçiblər. 

Milli.Az axşam.az-a istinadən bildirir ki, R.Məmmədov "ATV maqazin onlarla" verilişində hələ də qarşı tərəfə hissləri olduğunu etiraf edib:

"Həmişə bir yerdə olmuşuq. Bizim dostluğumuzun təməli ailəmiz oldu. Dostluğumuzu heç nə poza bilməz. Heç vaxt Samirə ilə ailə qurmağıma peşman olmamışam. Hər zaman fəxr edəcəm ki, Samirə xanım övladlarımın anasıdır. Onu həddindən artıq çox istəyirəm. Etiraz etmirəm ki, onu sevmirəm. Dünyaya övlad bəxş edən insanı istəməmək mümkün deyil. Onu ilk gündə tanıyanda nə qədər sevmişəmsə, indi də elə sevirəm. Ayrıldığımız üçün övladlarıma görə peşmanam".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.