Şou-biznes

Elza Seyidcahan dollara şeir yazdı

23 Dekabr 2015 13:58
194 Şərh     Baxış: 33 634
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Əməkdar artist Elza Seyidcahan dollara şeir yazdı. 

Milli.Az lent.az-a istinadən "Dollar" şeirini təqdim edir:

Dollar 

Dollar, dollar
Səni yormur yollar?
Bizi yordu borclar.
Niyə etdi corclar?
Ora çatmaz qollar,
Qapıda durur dollar.
Belə getsə, nə olar?
Nə olar, bizə olar.
Dollar, dollar
Dola-dola doldun
Dərdimizdən soldun?
Dola.
Dola.
Bizi dola.
Onu dola,
Bunu dola.
Çıxmısan bir uzun yola
Daha bəsdir,
Zil notlara çıxma sən.
Qulağımızı kəsmə sən.
Ömrümüzü üzmə sən.
Neçə vaxtdır dostumuzsan,
Sevirik səni, bilmirsən?
Eşqindən havalanmışıq.
Dərdindən paralanmışıq,
Ləzzətindən suslanmışıq,
Sən qızsan, ya oğlansan?
Qocasan, ya sən cavansan?
Sən bizi nə sanansan?
Bu odlara bizi salan sən,
Bəlkə, sən xəstələnmisən?
Ulduz xəstəliyindəsən?
Elvis Preslidən də sən
Maykl Ceksonda da sən,
Uitni Hyustondan da sən,
Elza Seyidcahandan da sən
Betər xəstələnmisən, yetər!
Sevginin gözü kor olur.
Sən nə deyirsən, o olur.
Borclar dolur, dolur, dolur,
Yollar yorur, yorur, yorur.
Qollar solur, solur, solur,
Dollar dolur, dolur, dolur.
Dollar dolur, dolur, dolur
Dollar yolur, yolur, yolur
Dollar dolur, dolur, dolur. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.