Şou-biznes

Aysel və Araş tarixə düşdülər - VİDEO

22 Oktyabr 2015 23:52
14 Şərh     Baxış: 11 538
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Avroviziya mahnı müsabiqəsinin 60 illik tarixində ən çox bal toplayan mahnıların siyahısı hazırlanıb. 

Milli.Az axar.az-a istinadəni xəbər verir ki, siyahıda Azərbaycanın da adı var. Sözügedən müsabiqədə Norveç təmsilçisi Aleksandr Rıbak "Feriteyl" mahnısı ilə 387 xal toplayaraq siyahının başında gəlir. Paytaxtımızda keçirilən müsabiqədə qalib olan İsveç təmsilçisi Loren isə "Yuforiya" mahnısı ilə 372 xal toplayaraq ikinci yeri tutub.
 
2009-cu ildə ölkəmizi bu müsabiqədə təmsil edən Araş və Aysel Teymurzadənin ifa etdiyi "Olveyz" mahnısı isə 253 xal toplayıb və siyahıda 16-cı yerdə qərarlaşıb.
 
Xatırladaq ki, Aysel və Araş 2009-cu ildə Moskvanın "Olimpiysk" kompleksində keçirilən Avroviziya müsabiqəsində "Always" mahnısı ilə ölkəmizə üçüncülük qazandırmışdı.
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.