Şou-biznes

Azər Axşamdan ATV-yə keçməsi ilə bağlı açıqlama - FOTO

5 Oktyabr 2015 14:03
7 Şərh     Baxış: 2 185
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Aparıcı Azər Axşam ATV telekanalında işə başlaması ilə bağlı xəbərlərə münasibət bildirib.

Milli.Az bildirir ki, axşam.az-ın əməkdaşı ilə söhbətində şoumen məlumatları təsdiqləyib:

"Xəzər" telekanalı ilə müqaviləmiz bitdi, yollarımızı ayırdıq. Oradakı verilişlərimin də yayımı dayandı. İndi ATV-də çalışıram. Yeni layihə hazırlayırıq. Əyləncə xarakterli bir proqram olacaq. Tam mövzusunu dəqiqləşdirməmişik. Efirə çıxacağım tarix də bəlli deyil".

Qeyd edək ki, A.Axşam "Xəzər" telekanalında "Qaraoki" verilişini aparırdı. O, eyni zamanda ATV-də yayımlanan "Qız atası" serialında çəkilir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.