Aparıcı Azər Axşam ATV telekanalında işə başlaması ilə bağlı xəbərlərə münasibət bildirib.
Milli.Az bildirir ki, axşam.az-ın əməkdaşı ilə söhbətində şoumen məlumatları təsdiqləyib:
"Xəzər" telekanalı ilə müqaviləmiz bitdi, yollarımızı ayırdıq. Oradakı verilişlərimin də yayımı dayandı. İndi ATV-də çalışıram. Yeni layihə hazırlayırıq. Əyləncə xarakterli bir proqram olacaq. Tam mövzusunu dəqiqləşdirməmişik. Efirə çıxacağım tarix də bəlli deyil".
Qeyd edək ki, A.Axşam "Xəzər" telekanalında "Qaraoki" verilişini aparırdı. O, eyni zamanda ATV-də yayımlanan "Qız atası" serialında çəkilir.
Milli.Az