Brilliant Dadaşovanın 56 yaşı oldu
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bu gün xalq artisti, professional estrada ifaçısı Brilliant Dadaşovanın ad günüdür.
Modern.az bildirir ki, Brilliant Dadaşova 1959-cu ilin 15 sentyabrında Bakı şəhərində anadan olub. Onun anası məşhur qarmon ifaçısı, 1966-cı ildə avtomobil qəzasında həlak olmuş Qızxanım Dadaşovadır.
Brilliant Dadaşovanın musiqi karyerası 1983-cü ildə Eldar Mansurovun mahnıları ilə başlandı. 1985-ci ildə Brilliant Dadaşova Moskvada keçirilən Ümumdünya Gənclər Festivalında ilk dəfə böyuk səhnəyə gəldi. 1986-cı ildə Brilliant Dadaşova və Akif İslamzadə "Hər şey gözəldir həyatda" adlı mahnını yazdırırlar və bu mahnı Azərbaycanda çox məşhur olur. Həmin ildə Dadaşovanın eyni adlı musiqi albomu çıxdı. 1987-ci ildə o, sovet ifaçıları arasında keçirilən müsabiqədə birinci yerə nail ola bildi. 1989-cu ildə Brilliant Dadaşovanın çox məşhur "Bayatılar" adlı mahnısı işıq üzü gördü.
Daha sonra Brilliant Dadaşova Azərbaycanı xarici ölkələrdə uğurla təmsil etməyə başladı. Sovet İttifaqı dağıldıgdan sonra Rusiyada solo-konsertlə çıxış edən ilk Azərbaycan müğənnisi məhz Brilliant Dadaşova oldu. 1994-cü ildə "Sevəcəyəm" adli musiqi albomu çıxdı. Bu disk həm Azərbaycanda, həm də Türkiyədə çox uğurlu oldu. 1995-ci ildə "Züleyxa" mahnısına çəkilmiş videoklip Rusiya kanalında nümayiş etdirilməyə başladı və kanalın qızıl onluğunda uzun müddət ərzində ön cərgələrdə sabit qaldı. Həmin o ildə, müğənninin "Züleyxa" adlı diski çıxdı. B.Dadaşova 1998-ci ildə "Dərdimdən öləcəksən" adlı disk buraxdırdı.
1997-ci ildə Brilliant Dadaşovaya Azərbaycanın əməkdar artisti adı verildi. Həmin ildə o, bir sıra Azərbaycan müğənnisi və Norveçin SKRUK ansamblı ilə birlikdə "Landet vi kommer fra" Azərbaycan-Norveç layihəsində iştirak edirdi. 1999-cu ildə Brilliant Dadaşova bələdiyyə seçkilərində qalib gələrək Bakı şəhəri Səbail bələdiyyəsinə üzv seçildi.
2000-ci ildən 2005-ci ilədək o, Azərbaycanın "Speys" TV kanalında "Gözəllik dünyanı xilas edəcək" adlı veriliş aparırdı. 2008-ci ildə Brilliant Dadaşovanın iki diskdən ibarət "Masal Dünyam" adlı musiqi albomu çıxdı. Bu albom Türkiyədə yazılıb və çox uğurlu olub. Həmin il Brilliant Dadaşova Azərbaycanın xalq artistı fəxri adına layıq görülüb.
Ailəlidir, bir oğlu var. Həm Azərbaycan, həm də Türkiyə vətəndaşıdır.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Mənsum İbrahimov: "Qızım bütün nəsli formada saxlayır"
-
“Məni ağlatdığınız zaman başıma sığal çəkən adama qarşı açıqlama yayım?” - Xatirə Yüzbəyova
-
Müğənni Sevda çimərlik geyimində fit bədənini nümayiş etdirdi - (Video)
-
Danla Biliç xəstəxanaya yerləşdirildi, vəziyyəti ağırdır
-
Cennifer Lopezin bu davranışı bəyənildi - (Video)
-
Pünhan Piriyevin ölüm xəbəri yayıldı - (Video)
XƏBƏR LENTİ
-
14 İyul: Azərbaycanın taleyini dəyişən siyasi dönüş nöqtəsi
-
“Sabah” TNS-ə qarşı - Start heyətlər
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Slovakiya Prezidenti Peter Pelleqrinin Azərbaycana səfəri ilə bağlı daha bir paylaşım olunub (Video)
-
Prezident İlham Əliyevin adından Xankəndidə Slovakiya Prezidentinin şərəfinə rəsmi nahar verilib (Foto)
-
Holand və Bellinqem DÇ-2026-da tarixə düşdülər
-
Bakıda avtobuslar toqquşdu: Sərnişinlər arasında əməkdar artist Elman Rəfiyev də var - (Video)
-
İki küçədə hərəkət məhdudlaşdırılacaq
-
Azərbaycanlı gənc Rusiya-Ukrayna müharibəsində həlak oldu
-
Qara dəniz üslubunda dana qovurması resepti
-
Tramp: ABŞ İran gəmilərinə qarşı tam blokada tətbiq edəcək
-
Avropada anomal istilərdən ölənlərin sayı 14 mini ötüb
-
Mənsum İbrahimov: "Qızım bütün nəsli formada saxlayır"
-
İranın 180 deputatı ABŞ-la anlaşma memorandumunun ləğvini tələb edir
-
“Məni ağlatdığınız zaman başıma sığal çəkən adama qarşı açıqlama yayım?” - Xatirə Yüzbəyova
-
Gəncədə yas mərasimində kütləvi zəhərlənmə
-
Beynəlxalq axtarışda olan şəxsin Azərbaycana ekstradisiyası ilə bağlı razılıq əldə olunub
-
Ermənistan vətəndaşlarının məhkəməsi davam etdirilib (Foto)
-
Beynəlxalq axtarışda olan Türkmənistan vətəndaşı ekstradisiya edilib
-
“Azəridad”da tüklü toyuqlardan kolbasa hazırlanırmış (Foto)
-
Ərdoğan Qətərə getdi
-
Musa Şəkiliyevin həbs müddəti uzadıldı
-
Ukrayna hökuməti istefaya göndərilib
-
Müğənni Sevda çimərlik geyimində fit bədənini nümayiş etdirdi - (Video)
-
Sakinlər: "Məhəlləmiz zibilxana olub" - İcra Hakimiyyətindən reaksiya





