Müğənni Günay İbrahimli Region TV-də yayımlanan "Şou məkan" verilişinə eksklüziv açıqlamalar verib.
"Huzur" adlı mahnıya çəkilən klipini və ilk albomunu təqdim edən müğənni bunları söyləyib: "Tamaşaçılar nə dərəcədə bəyənəcəklər bilmirəm, amma mən öz işimdən razı qaldım. Klipdə və albomda əziyyət çəkənlərə təşəkkür edirəm. Bu başlanğıcdır, növbəti maraqlı işlərimi gözləyin. Silsilə konsertlər nəzərdə tutmuşuq, payızda da son konsertim olacaq".
Bir çox həmkarları, son vaxtlar, klip çəkilişlərində rejissor Aqil M.Quliyevə müraciət etməsələr də, Günay işini Aqilə həvalə edib: "Aqil M.Quliyevlə ilk iş birliyimdir. Aqildən çox məmnun qaldım. Düşünürdüm ki, o, klipi təhvil verməyəcək, çünki o adamdan hər kəs şikayət edirdi. Mənə deyirdilər ki, sən o klipi unut, Aqil təhvil verməyəcək o klipi sənə. Klip 1 günə çəkildi, 13 gün ərzində artıq məndə idi. Ondan şikayət edən həmkarlarıma üzümü tutub deyirəm ki, mən Aqildən çox razı qaldım. İş briliyi bir tərəfə, o, həm də çox gözəl insandır".
Təqdimatda Günaya olunan hədiyyə sənətçinin yaman ürəyincə olub: "Çox bəyəndim hədiyyəni. Bu hədiyyəni heç vaxt unutmayacağam. Hər zamanda üzərimdə olacaq".
Milli.Az
Videonu izləmək üçün şəkilə klikləyin.